Xəmirdən düyü hazırlanıb satılır? – QİDA TƏDQİQATÇISI AÇIQLADI

Düyü
0 Shares

“Qida və kimya sənayesinin inkişaf etdiyi bir dövrdə yüzlərlə qida hiyləsi ortaya çıxır və mümkün deyil dediyimiz şeylər mümkünə çevrilir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bir neçə vaxtdır sosial şəbəkələrdə də xəmirdən düyü hazırlanması ilə bağlı xəbərlər və iddialar yayılmağa başlayıb: “Gün keçdikcə elə qida hiylələrinə rast gəlirik ki, xəmirdən düyü hazırlanması onun yanında bir su içimi qədər asan prossesdir”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Təbii ki, hansı düyü markasının xəmirdən hazırlanmasına dair iddialar varsa, istehlakçılar bundan narahatdırsa, aidiyyəti qurum ölkəmizdə satışda o düyülərdən nümunələr götürərək laboratoriya nəticələrini ictimaiyyətlə paylaşa bilər”.