8 avqust 2026-cı il tarixində Gəncə şəhərində Azərbaycan Şirniyyat Çempionatı keçiriləcək. “Zəfərin Şirin Dadı” şüarı ilə təşkil olunan çempionat ölkənin müxtəlif bölgələrindən peşəkar şirniyyat ustalarını, kulinariya mütəxəssislərini, tələbələri və şirniyyat sənətinə maraq göstərən istedadlı iştirakçıları bir araya gətirəcək.
Azərbaycan Şirniyyat Çempionatı milli və beynəlxalq kulinariya mədəniyyətinin inkişafına töhfə vermək, peşəkar bacarıqları nümayiş etdirmək, yaradıcı yanaşmaları təşviq etmək və bu sahədə fəaliyyət göstərən mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Çempionat çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə hazırladıqları şirniyyat nümunələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Qiymətləndirmə zamanı dad, təqdimat, texniki icra, yaradıcılıq və gigiyena standartlarına uyğunluq əsas meyarlar olacaq.
Tədbirin keçirilməsində əsas məqsədlərdən biri də qida təhlükəsizliyi, keyfiyyət standartları və sağlam istehlak mədəniyyətinin təşviqinə dəstək verməkdir. Bu baxımdan çempionatın tərəfdaşlarının dəstəyi tədbirin əhəmiyyətini daha da artırır.
Azərbaycan Şirniyyat Çempionatı peşəkar inkişaf, təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar üçün geniş imkanlar yaradaraq ölkəmizdə kulinariya sahəsinin inkişafına mühüm töhfə verməyi hədəfləyir.
Tədbir haqqında məlumat:
- Tarix: 8 avqust 2026
- Məkan: Gəncə şəhəri
- Əlaqə: (+994) 77 122 21 02
Azərbaycan Şirniyyat Çempionatı – “Zəfərin Şirin Dadı” ilə Azərbaycanın ən istedadlı şirniyyat ustalarını bir araya gətirir. Sizi də bu möhtəşəm tədbirin bir parçası olmağa dəvət edirik.



• Fidan Abbaszadə





