
Bakı, Azərbaycan – Noyabr 2025. “Sağlam Qida” təşəbbüsü çərçivəsində qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında həyata keçirilən maarifləndirmə kampaniyalarında fərqlənən könüllülərin oktyabr ayı üzrə qiymətləndirilməsi başa çatıb. Qiymətləndirmə zamanı könüllülərin sosial fəallığı, təşəbbüskarlığı, informativ məzmunun yaradılmasına verdiyi töhfələr və statistik nəticələri əsas götürülüb.
Noyabr ayının qalibləri məlum olub
Aylıq qiymətləndirmə nəticələrinə əsasən, ən yüksək fəallıq göstərən ilk üç yerin sahibi açıqlanıb:
- I yer – Amaliya Quluzadə
- II yer – Simuzər Hüseynli
- III yer – Tahirə Vəlizadə
Qaliblər sosial maarifləndirmə işlərində göstərdikləri xüsusi fəallığa və ictimai məlumatlandırma prosesindəki təşəbbüskarlıqlarına görə seçiliblər.
Fəal dəstəyə görə təşəkkürnamələr təqdim edilib
İnstaqram sosial şəbəkəsi üzərində maarifləndirmə işlərinin aparılmasında göstərdiyi yüksək aktivliyə görə seçilən aşağıdakı könüllülər təşəkkürnamə ilə mükafatlandırılıblar:
- Ulduz Səfdərova
- Nərgiz Hüseynli
- Şəfa Mirzəyeva
- Fidan Quliyeva
“Sağlam Qida” təşəbbüsünün mükafatlandırma mərasimi könüllülərin sağlam həyat tərzi və qida təhlükəsizliyi mövzusunda ictimai maarifləndirməyə verdikləri töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Layihə komandası qarşıdakı aylarda fəaliyyət coğrafiyasını daha da genişləndirməyi və daha çox gənci bu xeyirxah fəaliyyətə cəlb etməyi hədəfləyir.




