“Sağlam Qida” könüllüləri oktyabr ayında göstərdikləri fəallığa görə təltif olundu

0 Shares

Bakı, Azərbaycan – Oktyabr 2025. Oktyabr ayında “Sağlam Qida” təşəbbüsü çərçivəsində qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında həyata keçirilən maarifləndirici fəaliyyətlərdə fərqlənən könüllülər aylıq qiymətləndirmə nəticələrinə əsasən təltif olunublar. Qiymətləndirmə prosesində könüllülərin sosial fəallığı, maarifləndirmə işlərinə verdikləri töhfələr, statistik göstəricilər üzrə nəticələri və informativ məzmun yaratmaqda göstərdikləri təşəbbüskarlıq nəzərə alınıb.

Fəaliyyətə görə ilk üç yerin qalibləri açıqlanıb.

Oktyabr ayı üzrə ən yüksək nəticə göstərərək “Ayın Könüllüsü” adına layiq görülən gənclər:

I yer – Amaliya Quluzadə

II yer – Simuzər Hüseynli

III yer – Layə Məmmədli

Qaliblər sosial maarifləndirmə işlərində göstərdikləri xüsusi fəallıq və ictimai məlumatlandırma prosesinə verdikləri töhfələrə görə seçiliblər.

Fəal dəstəyə görə təşəkkürnamələr təqdim edilib

Maarifləndirmə işlərinin təşkilində və icrasında dəstək göstərən aşağıdakı könüllülər təşəkkürnamə ilə mükafatlandırılıb:

Fidan Abbaszadə,

Zeynəb Kazımova,

Məsmə Xeyrullayeva.

PR və Media sahəsində maarifləndirici fəaliyyətlərə görə təşəkkür:

Fidan Abbaszadə – PR və Media sahəsində maarifləndirici fəaliyyətlərin effektiv işıqlandırılmasına görə

Koordinasiya və təşkilatçılıq sahəsində xüsusi təşəkkür:

Nərgiz Hüseynli – oktyabr ayı ərzində könüllülərlə əlaqə, koordinasiya və fəaliyyətə cəlb edilmənin effektiv təmin edilməsində göstərdiyi yüksək təşkilatçılığa görə təltif olunub.

Analitik və media fəaliyyətinə görə mükafatlandırma:

Simuzər Hüseynli – maarifləndirici fəaliyyətlərin statistik göstəricilər əsasında qiymətləndirilməsi, video və vizual məzmunların hazırlanması, həmçinin ictimai məlumatlandırmada göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edilib.

Video məzmunların hazırlanması və ictimai məlumatlandırmaya görə:

Simuzər İsmayılova – Oktyabr ayında sağlam qida və qida təhlükəsizliyi mövzularında maarifləndirmə məqsədilə video məzmunların hazırlanması və ictimai məlumatlandırmada göstərdiyi peşəkar dəstəyə görə təşəkkürnamə ilə tətlrif edilib.

“Sağlam Qida” təşəbbüsünün oktyabr ayı üzrə mükafatlandırma mərasimi könüllülərin sağlam qidalanma və qida təhlükəsizliyi mövzusunda ictimai maarifləndirməyə verdikləri töhfənin yüksək qiymətləndirilməsini əks etdirir. Layihə komandası qarşıdakı aylarda fəaliyyətlərini daha da genişləndirməyi və daha çox gəncin könüllü fəaliyyətə cəlb edilməsini hədəfləyir.