Su həyatın əsas təməlidir. İnsan orqanizminin təxminən 60–70%-ni təşkil edən su hüceyrələrimizin, orqanlarımızın, hətta düşüncəmizin belə sağlam çalışması üçün əvəzolunmazdır. Ancaq suyu da düzgün qaydada, düzgün vaxtda, düzgün miqdarda içmək vacibdir, çünki hər şeyin bir həddi olduğu kimi, həddindən artıq və ya yanlış zamanda su içmək də zərər verə bilər.
Suyun insan orqanizmi üçün faydalarını saymaqla bitməz.
-Bədən temperaturunu tənzimləyir – Tərləmə və nəfəs vasitəsilə bədənimizi soyudur.
-Orqanizmi təmizləyir – Böyrəklər və qaraciyər vasitəsilə toksinləri orqanizmdən çıxarmağa kömək edir.
-Həzm prosesini yaxşılaşdırır – Yeməkdən əvvəl içilən su mədə şirəsinin hazırlanmasını sürətləndirir.
-Dərinin sağlamlığı və elastikliyi – Kifayət qədər su içən insanların dərisi daha nəmli, parlaq və sağlam olur.
-Oynaqlar üçün faydalıdır
– Əzələ və oynaq ağrılarını azaldır, hərəkəti rahatlaşdırır.
-Enerji və beyin fəaliyyəti üçün önəmlidir
– Susuzluq diqqət azalmasına, yorğunluğa və baş ağrısına səbəb olur;
kifayət qədər su isə əksinə, enerjimizi və zehni fəaliyyətimizi artırır.
Suyun ziyan olmaması üçün bunları bilmək lazımdır. Suyun da həddindən artığı zərərlidir:
-Həddindən artıq su içmək (hiponatremiya) qanı “sulandırır”, natrium səviyyəsini aşağı salır, baş gicəllənməsi, ürəkbulanma, nadir hallarda isə huşun itirilməsinə qədər gedə bilər.
-Çox sürətlə və çox miqdarda su içmək böyrəkləri, ürəyi və beyin təzyiqini yükləyə bilər.
-Yemək vaxtı çoxlu su içmək mədə şirəsini durulaşdırır, həzmi zəiflədir.
-Çox soyuq su mədəyə və boğaza mənfi təsir göstərə, spazm verə bilər.
Suyu necə və nə zaman içmək daha faydalıdır?
-Gün ərzində balaca qurtumlarla və bərabər paylayaraq içmək daha doğrudur.
-Səhər yuxudan duran kimi 1 stəkan ilıq su içmək orqanizmi oyadır, metabolizmi sürətləndirir.
-Yeməkdən 15–30 dəqiqə əvvəl içilən su həzmi yaxşılaşdırır.
-Yemək zamanı çox içməkdən çəkinmək, amma az miqdarda (bir-iki qurtum) problem yaratmaz.
-Yatmazdan əvvəl çox su içmək tövsiyə olunmur; böyrəklər yüklənir, gecə yuxusu tez-tez oyanma ilə pozula bilər.
Gündə nə qədər su içmək lazımdır?
Bu, hər bir insanın çəkisinə, yaşına, fiziki aktivliyinə, mövsümə görə dəyişir. Ümumi qayda olaraq orta hesabla: gündə hər kiloqram bədən çəkisinə görə üçün 30–35 ml su içmək normal hesab olunur. Lakin idman, isti hava və ya çox tərləmə zamanı bu miqdarı 1-2 stəkana qdər artırmaq olar.
Suyu “çox” deyil, düzgün və lazımi miqdarda içmək vacibdir.
Təmiz, ilıq və keyfiyyətli su həm bədənimizi, həm də ruhumuzu təzələyir.