“İlk növbədə oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda insanlar Ramazan ayında oruc tutmağı öz gerçək mənasını uzaqlaşdırıb, kilo vermək və yaxud da uzun müddət ac qalmaq kimi fikirlərlə qarışdırır. Nəzərə almaq lazımdır ki, Ramazan ayı insanın öz nəfsinə nəzarət etməsi və Allaha yaxın hiss etməsi, niyyətlərinin təmizlənməsi baxımından sayılan əməllərdəndir. Yəni insanlar bunlara Ramazan ayında xüsusi diqqət etməlidir. Oruc tutmaq bir növ insanın nəfsinin tərbiyəsidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, xroniki xəstəlikləri olan və davamlı şəkildə dərmanla müalicə alan şəxslər, hamilə olan və süd verən analar oruc tutmaqdan azad ola bilərlər:
“Yetkinlik yaşında və inkişaf dövründə olan uşaqlar oruc tutmaya bilərlər. Diqqət edəcəyimiz əsas məqamlar iftarda da, sahurda da balanslı şəkildə qida rasionunu tənzimləməkdir. Xüsusilə də oruc tutanlar yaxşı olar ki, gün ərzində insanı uzun müddət tox tuta biləcək qidalardan istifafə etsinlər.
Sahurda yumurta, süd və süd məhsullarından, az duzlu qidalardan istifadə olunması tövsiyyə olunur. Yaxşı olar ki, tam sağlam undan hazırlanmış çörəklərdən istifadə olunsun. Çünki həmin qidalar yavaş həzm olunur və uzun müddət tox saxlayır. Mütləq şəkildə bir ovucu keçməmək şərti ilə qoz, badam, fındıqdan istifadə etsinlər. Duzlanmış, qovrulmuş çərəzləri oruc zamanında yemək faydalı deyil. Həmçinin sahurda çayla yanaşı suya da üstünlük verilməlidir. Bəzən yaxşı miqdarda maye qəbul etməyəndə gün ərzində baş ağrısından, enerji çatışmazlığından, yorğunluqdan əziyyət çəkərlər. Maye təlabatında qazlı, rəngli içkilərə üstünlük verilməməlidir. Ən önəmli məsələlərdən biri də budur. İftar açarkən su içəndən sonra yüngül şorbalardan içib, uzun müddət ac qalmış orqanizimdə həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Həmçinin qida qəbul edərkən daha tez həzm olunan, çox qızardılmamış, yağlı olmayan aşağı kalorili bir növ isti yeməyi qəbul etsələr daha faydalı olar. 40 dəqiqə ara verdikdən sonra başqa qidaların qəbul olunması daha çox tövsiyyə olunur. Qidanı yeyərkən tələsmədən yavaş-yavaş qəbul etmək lazımdır. Mütləq səhər yeməyində də, iftarda da mövsümü, yerli tərəvəzlərdən istifadə edilməlidir. Çünki tərəvəzlər vitamin-mineralları təmin edən lifli qidalardır ki, bu da bağrısaqların funksiyasının işləməsinə gətirib çıxardır”.
- Abbaszadə Fidan