Məlumat üçün bildiririk ki, “İnnovativ Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər evinin tərəfdaşlığı ilə “Eco Vision: Yox edilən gələcək” adlı layihə çərçivəsində Mingəçevir Gənclər evində tədbir keçirib. Tədbirin əsas məqsədi Azərbaycan gənclərini və cəmiyyətin digər təbəqələrini ekoloji maarifləndirmə və davamlılıq prinsipləri üzrə maarifləndirməkdən ibarətdir.
Tədbiri çıxış sözü ilə layihə koordinatoru Gülnar Nəsibli çıxış edərək bildirib ki, bu layihə ilə gənclərimizin ekoloji biliklərinin artırılmasını və davamlı gələcək üçün onların daha məsuliyyətli olmalarını təşviq etmək əsas məqsədimizdir. Ümid edirəm ki, bugünkü tədbir hər birimiz üçün dəyərli biliklər və ilham qaynağı olacaq.
“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək bilidirb ki, ətraf mühitimizin qorunması hər birimizin məsuliyyətidir və bu, gələcək nəsillərə borcumuzdur. Layihəmiz, yalnız ekoloji maarifləndirmə deyil, həm də praktiki həll yollarının tapılmasında gənclərin iştirakını artırmağı hədəfləyir. Hər birinizi bu istiqamətdə aktiv iştirak etməyə və davamlı gələcək üçün birlikdə çalışmağa dəvət edirəm.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun məsləhətçisi Paşayeva Ülkər çıxış edərək qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq belə təşəbbüsləri daim dəstəkləyirik və gənclərimizin ekoloji məsələlərə həssas yanaşmalarını alqışlayırıq. Bu layihə, cəmiyyətin müxtəlif təbəqələrində ekoloji bilincin artırılması üçün mühüm bir platformadır. Hər kəsin bu təşəbbüsə öz töhfəsini verəcəyinə inanırıq və davamlı fəaliyyətlərin dəstəkləyicisiyik.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “ətraf mühit tullantıların fəsadları” və “su ehtiyatlarından səmərəli istifadə” adlı video-çarx təqdim olunub. Həmçinin maarifləndirici bukletlər paylanılıb. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.