“Çayı şəkərli və ya şəkərsiz içmək onun…” – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

“Keyfiyyətli çay sağlam həyat tərzində və sağlam qidalanmada orqanizmin müxtəlif funksiyalarının yaxşılaşdırılmasına kömək edən əsas təbii içkilərdən hesab olunur”. 
 
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, çayı şəkərli və ya şəkərsiz içmək onun faydalarının orqanizmə təsirlərini dəyişə bilir:

“Gün ərzində qəbul edəcəyimiz şəkər miqdarının normadan artıq keçməmək lazımdır. Bu, həm də çayla qəbul etdiyimiz şirniyyatlara da aiddir. Ümumdünya Səudiyyə Təşkilatının (ÜST) araşdırmalarına və tövsiyələrinə əsasən, gün ərzində qəbul etdiyimiz şəkər miqdarı ümumi qəbul olunan kalorinin 10 faizindən çox olmasın”.

Mütəxəssis sözügedən miqdardan da söz açıb:

“Yəni şəkər və şəkərli məhsullar gün ərzində qəbul olunmuş kalori miqdarını aşmamalıdır. Bu rəqəm qadınlarda təxminən 20-25 qram, kişilərdə isə 25-30 qramdır. 5 qram isə bir çay qaşığı şəkərin miqdarına bərabərdir. Yəni bu miqdarı tənzimləmək olar”.

O, çayda şəkər qəbulunun miqdarını azaltmaq üçün atılacaq addımlardan da danışıb:

“Çayda şəkərin miqdarını azaltmaq üçün onu təbii quru meyvələrlə birlikdə qəbul etmək daha faydalı olar. Bu, orqanizm üçün enerji verə, əqli inkişafı sürətləndirə, beynin funksiyalarını yaxşılaşdıra və yaddaşı möhkəmləndirə bilər”.

~ Abbaszadə Fidan