“Ev şəraitində aparatla qurudulan meyvələr TƏHLÜKƏLİDİRMİ? – Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR – Məhsəti Hüseynova’dan AÇIQLAMA

0 Shares

“Keçmiş zamanlarda mövsümə uyğun meyvə və tərəvəzləri günəş işığı altında, bəzən isə kölgədə sərib qurutmaqla onu uzun müddət qışa saxlayırdılar. Eyni dad, vitaminlər də meyvədə qorunurdu. Lakin müasir texnologiyanın inkişafı imkan verir ki, bir çox aparat və cihazlarla meyvəni evdə qurudaq. Meyvəni də, tərəvəzi də düzgün, sanitar-gigiyena qaydalarına uyğun şəkildə, qurudulan qabların təmizlənməsini həyata keçirirlərsə qorxusu yoxdur. O aparatın da əsas məqsədi meyvə tərəvəzin tərkibində 85-90 faiz olan mayenin, suyun daha aşağı düşməsini təmin etməkdir. 10-20 faizə qədər düşməsi müşahidə edilir. Beləliklə də nəmliyi alınan meyvə və tərəvəzlər daha uzun müddət dözümlü olur, onları qışa saxlamaq mümkün olur. Belə olan halda onun vitamin və mineral dəyəri olduğu kimi qalır. Heç bir zərəri yoxdur”. Bunu Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O daha sonra xanımlara bəzi tövsiyyələr verib:“Sadəcə olaraq meyvələrin nəmi tamamilə alındığına, təbii qida olduğuna görə düzgün şəraitdə, düzgün qablaşdırmada saxlanılmadığına görə və daha sonra açıq şəraitdə günəş şəraitində saxlanılarsa, bu zaman həmin meyvələrin tərkibində mikroorqanizmlər çoxala bilər, kiflənə bilər. Bu halda zərərli ola bilər. Əks halda bu kimi qurutma cihazlarından istifadə edərək qurudulan meyvə tərəvəzləri də istifadə etmək olar ki, bu zərərli deyil. Bir də mütləq şəkildə onun üzərində yazılan qaydalara əməl etmək lazımdır. Çünki bəzi meyvə və tərəvəzlər var ki, onun tərkibində su miqdarı çoxdur. Onların 60 dərəcədə, tərəvəzləri 50-dən yuxarı olmayan dərəcədə qurudulması təmin olunmalıdır. Düzgün qurudulmazsa meyvələrin bərk olmasına, ləzzətinin və dadının da pozulmasına gətirib çıxara bilər. Buna mütləq diqqət etmək lazımdır. Ən faydalısı meyvə və tərəvəzləri günəş şüaları altında, sanitar-gigiyena qaydalarına əməl etməklə qurudulmasıdır. Bu zaman onların dadı da gözəl olur”.

  • Hüseynli Nərgiz