Xəstəliklərdən qorunmaq üçün necə qidalanmaq lazımdır?

Xəstəliklər
0 Shares

“Mövsümi xəstəliklərdən qorunmaq üçün birinci növbədə bol vitamin və minerallarla zəngin qidalarla qidalanmaq lazımdır. Xüsusilə də buna mövsümi meyvə-tərəvəzlərdən nar, sitrus meyvələri, limonu misal göstərə bilərik. Ümumiyyətlə C vitaminin qəbuluna xüsusi diqqət yetirməliyik”.

Xəstəliklərdən qorunmaq üçün necə qidalanmaq lazımdır? - Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova  açıqladı.

Onun sözlərinə görə, bu vitamin insan orqanizmi tərəfindən ifraz olunmur: “Hər gün bir kivi qəbul olunması immun sisteminin güclənməsinə və orqanizmn mövsümi xəstəliklərdən qorunmasına kömək olur. Tərəvəzlərdən isə brokoli C vitamini ilə zəngindir.

Əgər halsızlıq və xəstəlik baş veribsə, mütləq şəkildə yağlı, qızardılmış qidalardan uzaq durmaq və bol maye qəbul etmək mütləqdir. Maye həm bitki dəmləmələri ilə çay şəklində ola bilər, həm də su kimi qəbul oluna bilər. Zəncəfilli dəmləmələr orqanizm üçün çox faydalıdır.

Balın faydası da hər kəsə məlumdur. Xüsusilə də təbii və çiçək balı daha çox faydalıdır. Hər gün bir çay qaşığı qədər qəbul olunması tövsiyə olunur.

Digər məqamlardan biri isə soğan və sarımsağın mütəmadi olaraq istifadə olunmasıdır. Onların tərkibində də mikrob öldürən maddə var. Hansı ki, bu maddə orqanizmdəki iltihabların qarşısını alır. Xüsusilə də gündəlik iki-üç diş sarımsaq qəbulu çox faydalıdır. Kərə və ya təbii nehrə yağı da faydalıdır. Çünki bu yağlar A vitamini ilə zəngindir.

Mənşəyi bəlli olmayan, kənarda bişirilən qidalardan da mümkün qədər uzaq durmaq lazımdır. Çünki həmin qidalar satış üçün hazırlanır və buna görə də qida dəyəri olduqca aşağı olur. Hətta orqanizm üçün zərərli hesab olunur. Hər gün bir stəkan ev şəraitində hazırlanmış qatıqdan da istifadə etmək orqanizmdə, xüsusilə də bağırsaq sağlamlığında mühim əhəmiyyət daşıyır”.