0 Shares

Son zamanlar insanları narahat edən məsələlərdən biri də bağırsaqda olan problemlərdir.

Belə ki, gündəlik sağlam həyat tərzi və sağlam qidalanmayan hər 10 şəxsdən 9-u bağırsaq xəstəlikləri, babasil, anal-çat və digər xəstəliklərlə ömründə ən azı bir dəfə qarşılaşa bilər. 

Mütəxəsislərin fikrincə, bağırsağ xəstəliklərinin yaranma səbəbi əsəsən oturaq həyat tərzindən və fiziki aktivliyin aşağı səviyyədə olmasından qaynaqlanır. Həm də səbəbdən dolayı sağlam qidalanmaya üstünlük verilməlidir. 

Maraqlıdır, bağırsaq xəstəliyi olan şəxslər, təbii yolla müalicə olunmaq üçün necə qidalanmalıdır? 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bağırsaqların sağlamlığı orqanizm üçün çox önəmlidir: 

“Bağırsaq xəstəlikləri əsasən imon sistemi aşağı səviyyədə olan insanlarda rast gəlinir. Əgər bağırsaqlar düzgün funksiyasını yerinə yetirmirsə və yaxud da bağırsaq mikraflorası düzgün çalışmırsa, bu zaman birinci növbədə immun sistemi aşağı düşür və eyni zamanda da müxtəlif xəstəliklərə yoluxma riski daha da çoxalır. 

Bildirim ki, bağırsaqların funksiyasını yerinə yetirməməsi səbəbindən davamlı olaraq baş ağrısı, ürəkbulanma, eyni zamanda qarın ətrafında şişginliyə, spazmalara, sancılara səbəb olur. Bu da insanın gündəlik həyat tərzinə mənfi təsir edir. 

Gündəlik həyat fəaliyyətini aşağı salmaqla yanaşı, eyni zamanda ətrafda baş verən hadisələrə reaksiyasına və eyni zamanda da stress faktorını daha da dəyişkən edir. Xüsusilə də qəbizlik və yaxud ishalla bir-birini əvəz edən, dəyişən bağırsaq mikraflorası, eyni zamanda bağırsağın funksiyasının pozulması insanlarda əhval-ruhiyyənin pozulmasına və mütəmadi olaraq toksin maddələrin orqanizmdən xaric olmamasına gətirib çıxarır”. 

Ekspert vurğulayıb ki, bu kimi halların olmaması üçün bağırsaqların yaxşı çalışması üçün birinci növbədə qidalanmaya və həyat tərzinizə diqqət etməliyik: 

“Qidalanmada ən önəmli məsələlərdən biri mütləq şəkildə lifli qidalardan çox istifadə edilməliyik. Hər bir insan orqanizminin bədən çəkisinə görə müəyyən miqdarda meyvə-tərəvəz qəbul etməlidir. Bunlar mütləq şəkildə yerli mövsümü meyvə tərəvəz olmalıdır. Ən azı gün ərzində 4-5 tərəvəz və 2-3 meyvə qəbulu vacibdir. Bununla yanaşı, su çox qəbul edilməlidir. 

Ümumiyyətlə, su vacib amillərdəndir. Hər kəs çəksinə görə gündəlik su miqdarını qəbul etməlidir. Əgər artıq çəkili insandırsa, o zaman bu hesablama onlara aid olunur. Ümumi götürsək, gün ərzində mütləq şəkildə yeddi səkkiz stəkan su qəbul olunmalıdır. Səhər tezdən yuxudan oyanarkən birinci növbədə su için. 30-35 dəqiqə sonra yemək yeyin”. 

O qeyd edib ki, bağırsaq xəstəliyi olan şəxslər idmanla məşğul olmalıdır:

“Bağırsağında problem olan şəxslər sağlam qidalanma ilə yanaşı, idmanla da məşğul olmalıdır. Əgər sağlam həyat tərzinə diqqət edilərsə, o zaman bağırsaq xəstəliyinin müalicəsi də effektiv ola bilər”. 

  • Hüseynli Nərgiz