Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarılır! – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Son illərdə vaxt azlığından şikayət edən bir çox insanlar yarımfabrikat qidalara daha çox üz tutur. Belə olan halda bəzən vacib məqamları diqqətdən qaçırdırlar. Buda həmin məhsulların bir çox hallarda onlayn sifarişini, satışını həyata keçirən insanlar olur ki, bu məqamda diqqət edəcəyiniz əsas məqam həmin məhsulun ət məhsulu olduğunu nəzərə almaqdır. Ət zülal mənşəli qida olduğuna görə, düzgün şəkildə saxlanmadıqda, mənşəyi bəlli olmayan ətdən istifadə olunduqda bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər

Məsələ ilə bağlı qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, diqqət etməli olduğumuz əsas məqam, məhsulun mənşəyinin bəlli olmasıdır:

” Eyni zamanda da, həmin məhsulda qidaların tərkibindəki ət həqiqətən keyfiyyətlidirmi, çünki bir çox hallarda, belə məhsullarda ənənəvi olmayan ətdən, keyfiyyətsiz ətlərdən, saxta ət qarışıqlarından istifadə olunur. Keyfiyyətsiz ətdirsə, süni dadvericilərdən, rəngvericilərdən istifadə olunur. Buda sağlamlıq probləmlərinə gətirib çıxara bilər. Qidaların saxlanma şəraiti də çox vacibdir. Düzgün temperaturda saxlanılmayan məhsullar bakteriaların çoxalması üçün əlverişli mühit yarada bilər. Buda, məhsulun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda, ən önəmli məsələlərdən biri qablaşdırma, etiket məlumatlarının olmasıdır. Bunlarda da, xüsusilə, onun tərkibi, istehsal tarixi, son istifadə tarixi, qablaşma ən önəmli məsələlərdən biridir. Detallı məlumat yoxdursa, bu məhsul şübhəli məhsul kimi qeydə alına bilər”.

Qidalanma mütəxəssisi sözlərində, məhsulu hazırlayan şəxsin də sağlamlığının önəmini qeyd edib:

“Həmin insanın tibbi baxışdan keçməyi lazımdır. Məhsulu hazırlayarkən sanitar-gigiyenik qaydalara riayət olunması vacibdir”.

~ Abbaszadə Fidan