Ev şəraitində hazırlanan turşulardan zəhərlənmə ehtimalı daha yüksəkdir.
Bunu “Xəzər Xəbər”ə müsahibəsi zamanı qida üzrə mütəxəsis Məshəti Hüseynova deyib.
Onun sözlərinə görə, konservaların tərkibində yaranan mikroblar xəstəliyə, zəhərlənməyə hətta ölümə də səbəb ola bilər.
Mütəxəssis onu da qeyd edib ki, ev üsulu ilə hazırlanan turşular istifadəyə açıldığı gündən ən gec 2-3 gün ərzində yeyilməlidir.
Mütəxəssis ev şəraitində konserviləşdirilmiş qida hazırladıqda steril qaydalara riayət etməyi, çürük tərəvəzlərdən istifadə etməməyi məsləhət görür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
- Hüseynli Nərgiz