Son dövrlər satışda olan bir çox şokolad və paketlənmiş şirniyyat məhsullarının üzərində tərkib hissələri siyahısında “etil spirti” qeydinin yer alması istehlakçıların diqqətini çəkir. Gündəlik istifadə olunan şirniyyatlarda belə bir maddənin göstərilməsi alıcılar arasında suallar yaradır: bu maddə məhsula hansı məqsədlə əlavə olunur və onun insan sağlamlığına təsiri varmı? Qida məhsullarının tərkibi ilə bağlı məlumatlılığın artdığı bir dövrdə alıcılar artıq yalnız məhsulun dadına və qiymətinə deyil, həm də etiket üzərində yazılan hər bir komponentə daha diqqətlə yanaşırlar. Bu səbəbdən şirniyyatların tərkibində göstərilən maddələr istehlakçı seçimlərinə birbaşa təsir edən əsas amillərdən birinə çevrilib.
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova BiG.AZ-a açıqlamasında bildirdi ki, nəzərə almaq lazımdır ki, bütün şokaladların deyil, bəzi şokoladların istehsalı zamanı etil spirti və yaxudda digər adı ilə etanoldan istifadə oluna bilər. Onun sözlərinə görə, bu texnoloji məqsədlərlə, müxtəlif bitkilərdən və yaxudda meyvələrdən istifadə olunursa, onların tərkibidə spirt əsaslı ola bilər: “Dad məqsədi ilə istifadə oluna bilər. Ümumiyyətlə qida sənayesində bu müəyyən miqdarda və müəyyən növlərə görə icazəli hesab olunur. Lakin miqdarında məhsula görə standartları var. Uşaqlar üçün nəzərdə tutulan şokoladların tərkibində etil spirti olmamalıdır. Bunu əgər valideynlər bilmirsə, məhsulun tərkibini oxumalıdır və əgər varsa uşaqlara verilməsi tövsiyyə olunmur. Ancaq böyüklər üçün bir çox şokoladlar varki, onların tərkibində xüsusi ilə “Truffle” şokoladlarının tərkibində spirt olur. Eyni zamanda konyak tərkibli və digər alkoqol tərkibli içkilərdən hazırlanan şokaladların tərkibində spirt olması mümkündür.
Bəzi şokoladlarda mikroorqanizmlərin çoxalmasının dayandırılması üçün az miqdarda spirt istifadə olunur. Eləcədə bəzən şokoladların tərkibinə müəyyən əlavə qat olaraq vurulur ki, buda onların müxtəlif formalar almasında və yaxudda bəzən qurumasını sürətləndirmək üçündə istifadə olunur. Bu zaman miqdar çox az olur. Bundan başqa nanə ekstraktlı şokoladlar varki, onlarında tərkibində etil spirti olur. Eyni zamanda tərkibində portağal qabığı olan şokoladlar varki onlarında tərkibində etil spirti var. Təbbi vanel tərkibli şokoladların tərkibində müxtəlif miqdarda, yəni məhsulun miqdarına görə etil spirtinin miqdarı müəyyənləşdirilib, qatılır. Orqanizmdə əgər spirtə qarşı həssaslıq varsa, eyni zamanda azyaşlılar və hamilə qadınlarda sağlamlıq problemləri yarada bilər.
Ancaq bu məhsulu çox miqdarda qəbul etdikdə bəzən spirt alışqanlığı olmayan insanlarda xüsusi ilə başgicəllənmə, ürəkbulanma verə bilər. Bəzən məhsulun etiketində spirt olduğu göstərilirsə və miqdarın az olduğu yazılsa belə şokoladın tərkibində spirt miqdarı artıq olur. Məhsulun tərkibində vanel, portağal qabığı, sitrus meyvələrindən hazırlandığı qeyd olunubsa, o məhsulun tərkibində etil spirtinin olduğu qeyd olunmasa belə, məhsulun tərkibində etil spirti ola bilər. Uşaqlar üçün hazırlanan şokoladların tərkibində etil spirti olmur. Hər bir halda diqqətli olmaq lazımdır”.
- Fidan Abbaszadə






