Sağlam qidalanma üçün ƏSAS FAKTORLAR: Bunlar risk mənbəyidir! – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares


“Günümüzdə dünyada qida çeşidliliyi artması sağlamlıq baxımından deyil, biznes maraqları çərçivəsindədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təbii qidaların və sağlam qidalanmanın önəmliliyi haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.      Onun sözlərinə görə, bu gün dünyada Ümumdünya Sağlam Qidalanma günü kimi qeyd olunur.

“Burada əsas məqsəd sağlam qidalanmaya, sağlam həyat tərzinə, xüsusilə qəbul olunan qidaların daha keyfiyyətli olmasına diqqət yetirilir. Təbii ki, sağlam qidalanma dedikdə insanlarda bir sual yaranır. Son dövrlərdə də bu daha tez-tez işlənir. Günümüzdə dünyada qida çeşidliliyi artması sağlamlıq baxımından deyil, biznes maraqları çərçivəsindədir. İnsanlar həmin qidaları qəbul etdikləri zaman sağlamlıqlarına ciddi zərər dəyə bilir. Ona görə də sağlam qida dedikdə ilk növbədə təbiiliyinə toxunulmamış, əsasən az emal prosesi görmüş məhsullar başa düşülür. Eyni zamanda, hər bir regiona özəl olaraq yerli və mövsümi qidalar daha önəmlidir”, – deyə o əlavə edib.

M.Hüseynova qeyd edib ki, Tarladan süfrəyədək olan bütün mərhələlərdə qidanın tərkibinin xarab olmamasına diqqət etmək üçün mütləq qidanın daşınması və saxlanılması üçün uyğun qabların və şəraitin, temperaturun seçilməsi, saxlanılarkən mal qonşuluğu prinsipinin pozulmaması, sanitar gigiyena qaydalarına əməl olunması kimi amillər əsas faktorlardır: “Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar belə qidalanmanın önəmliliyindən danışdıqda hər zaman mənşəyi bəlli olan qidaları əsas gətirirlər. Paketlənmiş, ömrü uzun olan, mənşəyi bəlli olmayan yağlardan istifadə olunaraq, hazırlanan qidalar insanlarda daha çox sağlamlıq problemlərinə gətirib çıxarır. Bu da daha təbii qidalara üstünlük verilməsinin önəmliliyini bir daha sübut edir. Azərbaycanda da sağlam qidaların mövcudluğu yüksək səviyyədədir. İlin bütün fəsillərində yetişən meyvə və tərəvəzlər mövcuddur. Yerli istehsalda bir çox məhsullar var ki, bunlar təmiz və təbii məhsullar hesab olunur”.  Mütəxəssis əlavə edib ki, qidaları alarkən də onun etiket məlumatlarına, tərkibinə baxmaq, mənşəyi bəlli olan qidaları əldə etmək, tərkibində qatqı maddələri olan qidalardan ümumiyyətlə imtina etmək lazımdır:         “Səhər vaxtı qəbul edəcəyimiz qidalar arasında əsasən zülal, heyvan mənşəli süd məhsulları – pendir, kəsmik, yağ kimi qidalardan istifadə etmək olar. Çaylardan istifadədə isə onu təbiiliyinə mütləq şəkildə fikir vermək lazımdır. Hər yemək qəbulunda mütləq şəkildə yerli və mövsümü tərəvəzlərdən istifadə etmək həzm proseslərinin aradan qalxması üçün çox faydalıdır. Meyvələrdən istifadədə isə yenə də onun yerli və mövsümi olmasına diqqət yetirmək lazımdır. Günün birinci yarısında şirin, günorta yaxud axşam saatlarında qəbul olunacaqsa, daha neytral meyvələrdən qəbul etmək gərəkdir.

Həftədə 2 dəfə qırmızı ət, balıq kimi məhsullardan istifadə etmək olar. Paxlalı bitkilərdən qəbul edərkən isə hər gün eyni paxlalılardan deyil, bu növdə müxtəlif qidalardan qəbula diqqət etmək lazımdır. ən faydalı paxlalılar olan qarabaşaq və bulqurun tərkibinin zənginliyi, həzm olunmasına görə, orqanizm tərəfindən daha tez mənimsənilir.

Qızartmalardan istifadə zamanı yağ həddən artıq istiyə məruz qalırsa, həmin yağ keyfiyyətli olsa belə, onun təkibindəki doymamış yağ turşuları doymuşa çevrildiyi üçün artıq trans yağlara çevrilir. Ona görə də qızartmalar hər zaman risk mənbəyidir.”

~ Abbaszadə Fidan