“Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsi uğurla yekunlaşıb.
Təlimlər iki gün davam edib və bu müddət ərzində Bakı regionundan seçilmiş 18-29 yaş arası 30 nəfərdən ibarət gənc qida təhlükəsizliyi, sağlam və düzgün qidalanma, sağlam həyat tərzi, fiziki aktivlik kimi mövzularda maarifləndiriliblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində keçirilib.