“Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində “Sağlam Qida” Könüllülərin Maarifçilik Məktəbi layihəsi uğurla yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən təlimlərdə, Bakı regionundan seçilmiş 18-29 yaş arası 30 gənc qida təhlükəsizliyi, sağlam və düzgün qidalanma, sağlam həyat tərzi, fiziki aktivlik kimi mövzularda maarifləndirilib.
Layihə Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra olunub.