0 Shares

Bu gün dünyada sağlam qidalanma dəb halını alıb.  Bunun da əsas səbəbi qida çeşidliliyinin biznes maraqları çərçivəsində günü gündən artmasıdır. sağlam qidalanma dedikdə, ilk olaraq eşitdiyimiz şüar budur: “3 ağdan uzaq duraq. Şəkər, un, duz!”

Nəyə görə bu 3 məhsul? 

Çünki bu məhsullar gündəlikən çox istehlak olunan qida məhsulları olduğundan onların istehsalında daha çox hiylələrə əl atılır.

Lakin bu məhsulların keyfiyyətli olanı həqiqətən zərərlidirmi?

Bax əsl sual budur.

Xeyr. Bu qida məhsullarının hər biri müəyyən miqdarda orqanizmin sağlamlığı üçün çox vacibdir və gündəlik qəbul olunmalıdır.

Ancaq bu məhsulu seçərkən keyfiyyətli olanı seçmək lazımdır. Keyfiyyətlə yanaşı düzgün qaydalara əməl olunaraq istehsal olunması da önəmlidir. Bu 3 ağdan şəkər haqqında aşağıdakıları bilmək və əməl etmək sağlamlığınıza fayda verəcək.

Şəkərin istеhsаlı üçün əsas хаmmаl şəkər qamışı və şəkər çuğundurudur. Dünyada istehsalolunan şəkərin 45%-i şəkər çuğundurundan, 55%-i şəkər qamışından alınır.

Daha əvvəllər şəkər qamışından qənd almaq üsulu məlum deyildi, insanlar qamışı çeynəyib şirəsini udmaqla kifayətlənməli olurdular.

Şəkərin tərkibi əsasən 88.8 faizini Karbohidrat və  qalanını isə Kalium (K), Kalsium (Ca), Dəmir(Fe) təşkil edir. Qida dəyərinə gəldikdə isə  100qram şəkər 403 kkal olaraq hesablanır.

Amerika ürək assosasiyasının nəticələrinə görə insanın gündəlik şəkər ehtiyacı qadınlar  üçün günərzində 20 qram, yəni 100 kalori,kişilər üçün isə 35 qram, yəni 150 kalori şəkər qəbulu ilə hesablanır.

 Göstərilən miqdarda istifadə olunarsa, şəkərin faydalarından yararlana bilərsiniz.

-Göz sağlamlığı üçün lazım olan lutelin və antioksidanla zəngindir.

-İspanaq kimi dəmirlə zəngindir. Həzm sistemini gücləndirir və qanazlığının qarşısını alır.

-Sİdik qovucudur və sidik yollarında yanma, qıcıqlamanı şikayətlərini azaldır.

-Beyin funksiyaları və sinir sisteminin güclənməsinə kömək edir.

-saç tökülməsinin qarşısını alır.

-İştahanı açır.

-Öskürəyə qarşı faydalıdır.

-Qəbzliyi aradan qaldırır.

-Həzmi asanlaşdırır.

-Bədənə qüvvət, enerji, gümrahlıq verir.

Lakin bu gün bazarlarda satılan şəkərlərin əksəriyyətində bizi başqa təhlükə gözləyir.

Uzun müddətli araşdırmalarımıza əsasən və hər gün qeyri qanuni fəaliyyət göstərən və saxta və təhlükəli şəkər istehsal edən sexlərin aşkar olunur. İstehsal olunan qəndlərin əksəriyyətində istehsal zamanı texnoloji ardıcıllıq prinsipi pozulur, bişmə prosesində təhlükəsizlik tədbirləri görülmür, istehsal sahəsinə daxil olan suyun toksikoloji, mikrobioloji müayinələrini aparan qurğular yoxdur.  

Şəkər tozu təmizlənmədən birbaşa bişmə qazanına daxil edilir, qarışdırıcı qazandan preslənmə qurğusuna tökülən şəkər kütləsinin nəmliyinin kütlə payı müəyyənləşdirilmir, ağardılması üçün sağlamlığa ziyan verən müxtəlif zərərli kimyəvi maddələrdən istifadə olunur. Bişmə prosesində ticarət şəbəkələrindən qayıdan, üzərində yararlılıq müddəti qeyd olunmayan, antisanitar şəraitdə saxlanılan qəndlərdən istifadəedilir. 

Lakin öz keyfiyyəti ilə seçilən şəkərlər də var. Onları digərlərindən seçmək üçün bu nüanslara diqqət etmək lazımdır. Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar əlavələrin olub-olmamasına görə orqanoleptik göstəricilərlə də müəyyən edilir. Keyfiyyətli məhsullar mükəmməl dadı, xoşagələn şirinliyi, gözəl rəngi, xoş görünüşü və forması ilə digərlərindən fərqlənir.

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində hazırlanıb.

  • Hüseynli Nərgiz