Restoranlardakı bahalı ətin təhlükəli sirri: O maddəni vururlar ki… – EKSPERT Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

Rusiya mağazalarında “ət yapışqanlı” məhsullar satırlar. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Sankt-Peterburq telekanalı “İctimai nəzarət” İstehlakçıların İctimai Təşkilatının rəhbəri Vsevolod Vişnevetskiyə istinadən məlumat yayıb. Qeyd olunur ki, altı ay ərzində 28 qida məhsulu nümunəsində bu təhlükəli maddə aşkar edilib. Bu əlavə bağırsaq xərçəngi və ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. “Ət yapışdırıcısı” elmi dildə mikrob transqlutaminas adlanır. Bu bakteriyalar istehsalın maya dəyərini azaltmaq üçün istifadə olunur: aşqar məhsulun çəkisini 25% artırır və dadını, iyini və konsistensiyasını yaxşılaşdırır. Onun köməyi ilə, məsələn, vetçina hazırlanır, həmçinin çörəkçilik, qənnadı məmulatları, ət və süd sənayesində istifadə edilir. 

“Eyni zamanda, bu tərkib hissəsinin hətta Alzheimer xəstəliyinin inkişafına səbəb olduğuna dair elmi sübutlar var. Bundan əlavə, onun tərkibində qlüten var”,- ekspert qeyd edib. 

Maraqlıdır, sözügedən “ət yapışdırıcısı” ölkəmizdə istehsalda istifadə edilirmi? Ət yapışdırıcısı istifadə etmək insan orqanizminə nə qədər təhlükəlidir? Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova “Cebheinfo.az”-a açıqlamasında deyib ki, “ət yapışdırıcısı” kimi qida əlavəsi elmi dildə “trans qulitaminas” adlanır: 

“İnsan və heyvan orqanizmində təbii olaraq bu ferment var. Bu fermentin insan orqanizimdə təbii qaydada olması faydalıdır. Xüsusilə də zülallarda amin turşularının birləşməsi üçün ən önəmli rol oynayan fermentlərdən biridir. Lakin bunu istər təbii, istər heyvan mənşəli qidalardan da əldə edərək hazırlıyırlar. Hansı ki, sünü şəkildə qida əlavəsi istifadə olunur və yaxud da bitkilərdən hazırlanır. Burada covdar və keçi buyunuzu qətranından hazırlanan yapışqan adlanan qida əlavəsi var ki bunlar bir çox məhsulların hazırlanmasında, xüsusilə də sənaye üsulu ilə hazırlanmış qidalarda daha çox istifadə olunur. Daha çox ət məhsulları, süd və süd məhsulları, eləcə də bir çox souslar var ki, onların hazırlanmasında daha çox istifadə olunur”. 

O bildirib ki, “ət yapışdırıcısı”ndan bəzi məhsulların dadını və konsistensiyasını yaxşılaşdırmaq,  xüsusilə də fərqli parçalarda olan əti yapışdırmaq üçün istifadə olunur: 

“Restoran şəbəkələrində “steyk” şəklində təqdim olunan ətlər var ki, onlarda da belə həmin “ət yapışqanı” dediyimiz trans qulitaminas istifadə olunur. Bu da təbii qida məhsulunun minimuma enməsi kimi xarekterizə olunur. Elə olan halda insan oraqnizmində bir sıra xəstəliklərə səbəb ola bilər”. 

Mətəxəssis vurğulayıb ki, quliten və çolyak xəstəliyi olan insanlarda “ət yapışqanı” daha təhlükəli nəticələrə gətirib çıxarır:

“Əgər insan ət qəbul etdiyi zaman onun tərkibində “ət yapışqanlı” maddəsi varsa, bu zaman onda kəskin xəstəlik, problemlər ortaya çıxara bilər. 

Sağlamlığında ciddi fəsadlar yaranar. Çünki quluten həsaslığı olan insanlarda bu kimi yapışqanlı bir maddənin qəbulu bağırsaq mikraflorasını tamamilə pozulmasına gətirib çıxara bilər. Bu da insan orqanizmi üçün çox təhlükəlidir. Qeyd edim ki, immun sistemi zəif, xroniki xəstəliyi olan, xüsusilə də quliyten, çolyak xəstəliyi olan insanlar “ət yapışdırıcı”lı qidalardan uzaq dayanmalıdır”. 

Mətəxəssis əlavə edib ki, “ət yapışdırıcı”nın ölkəmizdə istifadəsinə rast gəlmək olar:

“Ölkəmizə transqlutaminas məhsulundan məhdud sayda istifadə olunur:

“Tərkibində o qida əlavəsi varsa, məhsulun etiketində qeyd olunmalıdır. Bu baxımdan məhsulu almadan öncə onun tərkibini oxumaq tövsiyə olunur”.

  • Hüseynli Nərgiz