Ramazan ayında nələrə diqqət yetirmək lazımdır? – SORĞU

0 Shares

İslamın müqəddəs bayramlarından biri Ramazan bayramıdır. 11 ayın sultanı olan Ramazan ayı ilin ən mərhəmətli ayı hesab edilir. Bu ayda insanlar Allah yolunda oruc tutur, zəkat verir, dilək diləyirlər. Oruc tutmaq insanın dözümlülüyünü, gözüaçıqlığını, təmiz vicdanlı olduğunu göstərir. Gün ərzində yemək yeməyib, su içməyib Allaha ibadət edirlər. İmsak və iftar zamanı qidalanarkən bəzi məqamlara fikir vermək lazımdır.

“Orucluq ayında diqqət olunacaq məqamlar imsakdan başlayır. İmsak zamanı susuzluğu artırmayan qidalardan istifadə edilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Sağlam qida mütəxəssisi Ağa Salamov bildirib.

Onun sözlərinə görə, konservləşdirilmiş balıq, ət, kolbasa və sosiska məhsullarından uzaq durmaq lazımdır: “Yaxşı olar ki, səhər tezdən tərəvəz şorbası qəbul etsinlər, bol-bol su istehlak etsinlər. Eyni zamanda rəngli qazlı şirələrdən uzaq dursunlar. Çünki onların tərkibində minerallar yoxdur. Amma əksinə təbii şirələrdən istifadə edə bilərlər. Təbii sular insan orqanizmini minerallarla zənginləşdirir. Səhər yeməyində yumurta yemək məqsədə uyğundur. Tərəvəzlərə üstünlük verib, duzu çox az bir miqdarda istifadə etməlidirlər. Zeytundan istifadə edilə bilər. Quru əncir, çərəzlər istehlak etmək olar. Quru əncir insanı zində saxlayır. Səhər-səhər 7 zeytun və 1 quru əncir yemək insanı gün ərzində tox tutur.

Təbii ki, iftar zamanı onu su ilə açmaq lazımdır. Çünki gün ərzində ac qalan insanın qanında laxtalanma olur. Su içmək isə laxtalanmanın qarşısını alır. Həmçinin xurma ilə açmaq olar. Xurma insanı tox tutduğu üçün insanı tox tutur və çox yemək yeməyin qarşısını alır. Təbii ki, iftarda az yemək lazımdır. Fasilələrlə ilk olaraq şorba yeyib sonda quru yeməklərə keçid almaq lazımdır. Tomatlı şorbalardan uzaq durmaq lazımdır. Tomat mədə yanğısına səbəb ola bilər. Yeməkdən 1-2 saat sonra çay, şirniyyat istehlak edə bilərlər. Çayla kişmiş, əncir, qayısı qurularından istifadə edə bilərlər. Un mənulatlarından uzaq durmalıdırlar”.

Sağlam qida tədqiqatçısı Asim Vəliyev də məsələ ilə bağlı münasibət bildirib: “Ramazan ayı çox yemək ayı deyildir. Ramazanda yeyəcəyiniz qidalar hər zamankı kimi halal və təmiz olmalıdır. Ağ çörək, mürəbbə və paxlava kimi şirniyyatlar, şəkərli çay, çəltiyi olmayan ağ düyü plovu, kartof qızartması kimi məhsullar sağlam qida deyil və oruclu birini çox tez acdırır. Qatqısız tam taxıldan hazırlanmış çörəklər istehlak edilməlidir.

Çay, mineral su, meyvə suyu, qazlı içkilər, kola kimi içkilər orqanizmin su ehtiyacını ödəmir. Bu səbəbdən iftar və sahur arasında ən az 2,5 litr (çox tərləyənlər və çəkili olanlar üçün daha çox) su içilməlidir.

Sucuq, kolbasa, sosiska, hazır şorba kimi məhsullar tərkibində çin duzu adlanan MSG olduğuna görə asılılıq yaradır, həmçinin susuzluğu artırır. Şəkər, dadlandırıcı və bunları ehtiva edən qidalar aclığı və susamağı sürətləndirir.

Xüsusilə Ramazanda qazlı içkilər, hazır meyvə suları, kolalar və dondurmalar istehlak edilməməlidir. Bunların yerinə bəhməzlə hazırlanmış kompot və digər şərbətlər istehlak edilməlidir. Az yemək deyil, əksinə çox yemək çox acdırır.

Soya və qarğıdalı ilə bəslənən toyuğun ətindən uzaq durmağa çalışın. Yaxşı bişmiş quzu və keçi əti istehlak edilməlidir. Hazır qatqılar, jelatin, nişasta, marqarin kimi qatqılar ehtiva etmə ehtimalı çox yüksək olan məhsullardır və istehlak etməyin. Evdə hazırlanmış qatıqlar daha faydalıdır.

Gecə yatarkən bir şey yeyib yatmaq əvəzinə sahura qalxmaq lazımdır.
Bol lifli meyvələr başda olmaq üzərə meyvə və tərəvəz yeyilməlidir. Yay ayı təzə, qış ayı isə quru meyvələr isladılıb yumuşaldılaraq və ya kompot hazırlanaraq yeyilməli, qan və qan şəkəri tənzimlənməlidir.

Duzlu məhsullardan, xüsusilə sahurda salamura zeytun, turşu kimi çox duzlu məhsullardan (suya ehtiyacı artırdığı üçün) mütləq uzaq durulmalıdır. Zeytun kimi duzlu qidalar iftarda yeyilə bilər. Sahurda çox soyuq və isti qidalar qəbul etmək qaz və mədə problemlərinə səbəb olduğu üçün tövsiyə edilmir.

Bir-iki yemək qaşığı sızma zeytun yağı əlavə edilmiş xiyar salatı yemək bağırsaq sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir. Səhər vaxtında oyanıb sahur yeməyi yemək həm orucu sağlam bir şəkildə tutmağa kömək edər, həm də orqanizmin ən azından su ehtiyacını qarşılayar. Ancaq dövrümüzdə insanların çoxu həm sahurda, həm də iftarda yeyilməməsi lazım olan nə varsa yeyirlər. Bildirməliyik ki, sahur yeməyi üçün ən az yarım saatlıq bir zaman ayrılmalıdır. Bunun üçün imsak vaxtından 45 dəqiqə öncə oyanıb, dəstəmaz aldıqdan sonra iki rükət də olsa namaz qılmaq bədəni oyadar. Beləcə orqanizm yemək yeməyə hazır hala gətirilər.

Ramazanda bol miqdarda mineral, vitamin, zülal, karbohidrat, lif və yağ ehtiva edən xurma, iftarda olduğu kimi sahurun da vaz keçilməzi olmalıdır. A, B1, B2, B3, B6 vitaminləri, natrim, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor, xlor, betakaroten, fol turşusu ehtiva edən xurmanın qəbulu, orqanizmin daha canlı olmasını təmin edir. Bundan başqa şirin olmasına baxmayaraq miqdarında xurma və üzüm, qan şəkərini yüksəltmədiyi kimi susuzluğu da artırmır. Əgər mövsüm yay isə xurmanın xiyar, qovun və qarpızla birlikdə yeyilməsi bədən temperaturunun artmasına mane olur. Mövsüm qış isə pərpətöyün və kahı kimi qışlıq göyərtilərlə birlikdə yeyilməlidir. Sahur süfrəsinə ən az iki stəkan su içərək başlanmalıdır.
Sonra xurma və ya şəkərsiz yüngül şirniyyatlar yeyilməlidir. Üç-beş dəqiqə ara verib, mövsümünə uyğun zeytun yağı əlavə edilmiş xiyar ilə davam edilməlidir.

Xiyardan sonra da yenə bir neçə dəqiqə ara vermək sağlam bir qidalanma üçün faydalıdır.

Doymadınızsa, evdə hazırlanmış şorba, qatıq, az duzlu və ya duzsuz ayran, mövsümünə görə yaş, ya quru tərəvəz, ya paxlalı bitki yeməyi, plov, şəkərsiz kompot və tam taxıl çörəyi sahur üçün ideal bir yeməkdir.

15-20 dəqiqə ara verilərək istəyə görə isti olmayan şəkərsiz yaşıl çay, ya da açıq qara çay və otaq temperaturunda su içilməlidir. Sahurda yeyilə biləcək digər qidalar: Zeytun, yağlı yüngül yeməklər, pasterizə və UHT edilməmiş normal süd, qovrulmamış duzsuz badam və çiy fındıq.

Ac bir mədəyə ara vermədən yemək doldurmaq mədə başda olmaqla həzm sistemində ciddi fəsadlar meydana gətirir. Üstündən də nə qədər çox mineral su içilərsə-içilsin faydası olmur. Burada da miqdara diqqət edilməlidir. Axşam namazından sonra da 25-30 dəqiqə müddətdə az-az yeyilməlidir. Bəziləri iftarı bir qurtum su ilə açıb dərhal arxasınca siqaret çəkmələri də sağlamlıq baxımından ciddi fəsadlar yarada bilər. Namazdan sonra evdə hazırlanmış ilıq bir şorba ilə başlayıb sulu yemək, plov, kompot, qatıq və ya ayranla davam etmək lazımdır. Üstünə ən çox bir stəkan su içə bilərlər. Çay yeməkdən ən az bir saat sonra içilməlidir. Bir çox müsəlmanlar Ramazan ayı boyunca savab əməl olaraq təravih adlı 20 rükət əlavə namaz qılır. Mədəni su və çayla çox yükləməmək üçün təravihdən sonra şəkərsiz çay və bol miqdarda su içilə bilər. Aralarında bir saatdan az bir zaman olmamaq şərtilə meyvə yeyilə bilər. Xüsusilə yay üçün qarpız kimi bol sulu meyvələrin qəbul edilməsi çox faydalıdır.

İftar və sahurdan sonra ağız təmizliyinə riayət etmək lazımdır. Məhəmməd Peyğəmbərimiz iftarda, sahurda və oruclu ikən misvakdan istifadə edərdi”.Müəllif: Abutel İlhamqızı