Qlobal ədalətsizlik, ifrat istehlak xəstəlikləri və aclığı artırır

qlobal aclıq
0 Shares

Dünyadakı əsl terror ədalətsizliyin, hüquq pozuntusunun, ifrat və gərəksiz istehlakın, acgözlülüyün və nəzarətsizliyin yaratdığı terrordur…

Dünyada uşaqların ölüm statistikasına QİÇS, malyariya, vərəm kimi yolxucu xəstəliklərdən qaynaqlanan ölümləri də əlavə etsək, bu rəqəm təxminən 10 milyona çatır.  Son 25 ildə dünyada aclığın, yetərsiz qidalanmanın səbəb olduğu xəstəliklərdən 250 milyon insan öldü.

ABŞ-dan verəcəyimiz sadə və qısa statistikalar, qlobal ədalətsizliyi, ifrat istehlakın meydana gətirdiyi sağlam olmayan mühiti bizə ən yaxşı şəkildə açıqlamaqdadır.

Amerikalılar dünya əhalisinin 5%-ni təşkil edir, dünyadakı enerjinin 25%-ni istehlak edir. Amerikalılar gündə toplam 815 milyard kalorilik qida istehlak edirlər. 200 milyard kalorilik qidanı lazımsız yerə çox istehlak edirlər. Bu kalori 80 milyon əhalini bir gündə qidalandırmağa bərabərdir.  Bu lazımsız kalori istehlakı həm xəstəliklərə, həm də israfa səbəb olur. ABŞ Ətraf Mühiti Qoruma Agentliyinın məlumatlarına görə 50 milyon amerikalı yetərli qida alıb qidalana bilmir. ABŞ-da gündə 36 milyon tondan çox qida zibilə atılır. Bu, ölkənin sağlamlıq büdcəsinə, iqtisadiyyatına da zərər verir, dünyanın nizamını pozur və dünyadakı acların sayını artırır.

Dünyada hər il 6 milyondan çox uşaq aclıqdan həyatını itirir.  Qidayla əlaqədar bu ölümlər adı qoyulmayan, üstü örtülü bir terrordur. Dünyada uşaqların ölüm statistikasına QİÇS, malyariya, vərəm kimi yolxucu xəstəliklərdən qaynaqlanan ölümləri də əlavə etsək, bu rəqəm təxminən 10 milyona çatır.  Son 25 ildə dünyada aclığın, yetərsiz qidalanmanın səbəb olduğu xəstəliklərdən 250 milyon insan öldü.  Bu faciə terrordan daha dəhşətlidir. Hər gün yaşanır və hər gün 16 mindən çox uşaq həyatını itirir, fəqət media bunu çox gündəmə gətirmir. Çünki bu ölümlərin böyük bir hissəsi kasıb Afrika qitəsində baş verir.  ABŞ-da zibilə atılan 36 milyon tondan çox qidanın 5%-i, gündə 4 milyondan çox insanı doyuracaq qədərdir. Bu israfı inkişaf etmiş ölkələrin siyasətləri artırır. ABŞ-da istehlak edilən qidaların ən az 40%-i (hətta çoxu) zibilə gedir. Hesablamalara görə bu israf edilən qidalar, ildə 165 milyard dolların zibilə atılması deməkdir. Dünyada istehsal edilən qidanın yarısına yaxını israf olmaqdadır. Beləliklə əkinçilik üçün istifadə edilən şirin su qaynaqlarının 80%-nin yarısı boş yerə israf olunur. Torpaq və su, həyatın əsas qaynağıdır. Bu israf və istismar nəticəsində ətraf mühit, insan sağlamlığı, cəmiyyətin qurluşu pozulur.

Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, IMF kimi təşkilatların yönləndirmələri altında bir çox beynəlxalq müqaviləyə imza atmaq məcburiyyətində qalan ölkələrin, qlobal şirkətlərin mənfəətlərinə zidd, müstəqil siyasətlər aparması demək olar mümkün deyil. Bu siyasətlər dünyadakı ədalətsizliyi və aclığı daha da artırmaqdadır. Bu israflar və birtərəfli siyasətlər, bir yandan dünyadakı qida nizamlarını pozarkən, digər yandan da karbon qazından 20 qat daha təhlükəli olan metan qazı buraxılmasını çoxaldır, təmiz su qaynaqlarını çirkləndirir və ifrat istehsal daha çox neft istifadəsinə səbəb olur.

Bir zamanlar kənd təsərrüfatı məhsul ixracatçısı olan, amma zamanla və müxtəlif qlobal oyunlarla kənd təsərrüfatı məhsulları idxal etməyə məcbur qalan inkişaf etməkdə olan ölkələrdə maliyyə spekulasiyaları, Ümumdünya Ticarət Təşkilatının tərəfdar siyasətləri və normativləri, neft qiymətlərindəki dalğalanmalar, xüsusilə qiymət artımlarının baş verməsi, bu sağlam olmayan qida siyasətlərinin nəticəsidir.

İngilis “The Guardian” qəzetinin də bildirdiyi kimi qlobal qida şirkətləri artıq gündəlik 2 dollara yaxın aşağı gəliri olan kütləni hədəfə almışdır.  Bu şirkətlərin marketinq taktikalarıyla dünyanın ən ucqar bölgələrində satılan yüksək duzlu, GMO ehtiva edən, soya lesitinlə süni şəkildə dadlandıran fruktozalı qidalar və bunların xaricində bir çox kimyəvi qatqı maddəsi ehtiva edən sağlam olmayan işlənmiş qidaların, inkişaf etməkdə olan cəmiyyətlərdə piylənmə (obezitə), şəkər xəstəliyi, ürək xəstəlikləri kimi bir çox xəstəliyə və allergiyalara  səbəb olduğu artıq bir həqiqətdir.

Qlobal nizamı nəzarət edənlərin bizə qurtarıcı və aclığa çarə olaraq təqdim etdiyi GMO-lu qidalar, çarə və sağlam deyil, toksin ifraz edir  və qısırlığa səbəb olur.  Ətraf mühiti bərpası mümkün olmayacaq şəkildə çirkləndirir, təbii məhsulları yox edir.  Biotexnologiya sektoru GMO-ların zərərsiz olduğunu göstərmək üçün hər şeyi edir.  Əslində GMO-lu məhsullar uzun dövrdə əkinçilik məhsulunun istehsal miqdarını artırmır.