Qış üçün dondurduğunuz meyvə və tərəvəzlər sizi zəhərləyə bilər – bu xəstəliklərə səbəb olur – EKSPERT Məhsəti Hüseynova’dan AÇIQLAMA

0 Shares

Yay ən dadlı meyvələrin bol olduğu bəlkə də yeganə fəsildir. Buna görə də bu fəsildən maksimum dərəcədə yararlanmaq lazımdır. Onların xarab olmağını gözləməkdənsə, ya mürəbbə hazır etmək olar, ya da qış üçün tədarük etmək. Əlbəttə ki, onları qışa qədər quru, təravətli və təzə saxlamağın da bir neçə yolu var. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti HüseynovaModerator.az-a açıqlamasında bildirib ki, ilk növbədə meyvələr təzə lakin, həddən artıq yetişmiş olmamalıdır. 

 “Moruğu dondurmaq istəyirsinizsə, onları yumaq olmaz. Meyvələr yaxşı qurumadığı üçün içi buz bağlaya bilər. Əriyi və gavalını dondurmazdan əvvəl isə iki yerə bölsəz daha yaxşı olar. Bir mühüm məqamı da yadda saxlamaq lazımdır. Bu temperatur fərqidi. Ev istiliyində olan meyvəni birdən-birə dondurucuya qoysaq keyfiyyəti itər, əvvəlki təzəliyi qalmaz. Ona görə də, dondurucuya qoymazdan ən az 1 saat soyuducunun yuxarı hissəsində gözlətmək lazımdır” deyə o bildirib.

Qida mütəxəssisinin sözlərinə görə elə qidalar var ki, onları dondurmaq düzgün deyil. 

“Əsasən giləmeyvələrdən dondursalar giləmeyvənin tərkibi çox da dəyişmir və eyni zamanda tərəvəzlərin dondurulmasına yaxşı olar ki, heç yol verməsinlər. Tərəvəzin tərkibinin əsasən 80 faizi sudan ibarətdir. Və dondurulduqda onun tərkibindəki digər kimyəvi maddələr var ki, onlar da düzgün şəkildə donmadıqda, düzgün şəkildə saxlanılmadıqda qışda öz faydasından çox zəhərlənmə kimi digər hallara səbəb ola bilər. Və C vitamini ilə zəngin bir çox meyvələr var ki, onlar dondurulduqda artıq tərkibi dəyişir və deyərdim ki, həmin vitaminlər tamamilə azalır. Digər diqqət etməli olduğumuz məqam isə saxlayacağımız qabdır. Onları çox da hündür olmayan nazik plastik qablarda saxlamaq daha məsləhətlidir. Ən əsas və nəzərə almalı olduğumuz məsələ isə meyvələrin həcmidir. Bir dəfəyə çox həcmdə meyvə qablaşdırmayın” deyə o bildirib.

Məhsəti Hüseynova deyir ki, onları porsiyalara bölüb kiçik ölçülərdə dondurmaq daha məqsədəuyğundur.

“Bəzən olur ki, dondurduğumuz meyvələrin bir hissəsini istifadə edirik, yenidən dondurmağa qoyuruq ki, bu da ən təhlükəli hallardan biri hesab olunur. Əksər hallarda bu kimi meyvələri yedikdə maddələr mübadiləsinin pozulması və yaxud da ishala, diareyaya səbəb olur ki, bu zaman onun həmin meyvə və tərəvəzdən qaynaqlandığını bilmirlər. Və eyni zamanda bir çox meyvə tərəvəzi yumadan dondurmaq daha məsləhətlidir ki, qışda artıq onun donu açıldıqda yuyulduqda daha faydalı olur” deyə o bildirib.

  • Hüseynli Nərgiz