Qidalanma zamanı əsas nələrə diqqət edilməlidir? – EKSPERT Məhsəti Hüseynova BİLDİRDİ

0 Shares

“Mövsüm dəyişərkən bir çoxlarında, xüsusilə də immun sistemi zəif olan insanlarda mövsümü xəstəliklərə, qripə yoluxma halları baş verir. Bu kimi hallardan qorunmaq və immun sistemini gücləndirmək üçün tərkibində “A”, “C”, “B” vitamini olan qidalardan istifadə olunması məsləhət görülür. Xüsusilə “D” vitamini immun sisteminin güclü olmasında mühüm rola sahibdir. Bu cür vitaminləri qəbul edə bilmək üçün mövsümü meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, payız mövsümündə olan meyvə-tərəvəzlər “C” vitamini ilə zəngin olur: “Su qəbuluna da xüsusi diqqət ayırmaq lazımdır. Çünki gün ərzində lazım olan miqdarda su qəbul olunmadıqda orqanizmdə yığılan toksinləri atmaq mümkün olmur. Buna görə də su qəbulunu axsatmamaq lazımdır.

Qidaların həddindən çox qızardılıb, qaynadılması da düzgün deyil. Daha çox buxarda bişirilmiş və ya keyfiyyətli yağlardan istifadə edərək bişirilən qidalara üstünlük vermək lazımdır.

Saat 23:00 və 05:00 aralığında aralıqsız yuxu qəbulunu da diqqət etməliyik. Bu istənilən yaş üçün keçərlidir. Yuxu rejimi düzgün olmayan insanlarda yorğunluq, əzginlik, bədənlərində şişkinlik müşahidə olunur. Həmçinin rejimli şəkildə təxminən eyni saatlarda qidalanmaq da orqanizmin inkişafında mühüm rola sahibdir”.

  • Hüseynli Nərgiz