“Qida Təhlükəsizliyi” haqqında qanunda yeniliklər olacaq – MÜTƏXƏSSİS AÇIQLADI

0 Shares

“Qida Təhlükəsizliyi” haqqında qanunda bır sıra dəyişikliklər olub. Burada əsas dəyişiklik qida məhsullarında müalicəvi və pəhriz kimi adların verilməsi məsələsinin ləğv olunması barədədir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova bildirib.

Onun sözlərinə görə, biz bu cür qidalarla daha çox pəhriz və ya diabet xəstəliyində əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş qidalarda rastlaşırıq:

“Bunların hər biri biznes maraqları çərçivəsindədir. Bu hal birbaşa istehlakçıların hüquqlarının pozulduğu və onların aldatması rolunu daşıdığı üçün qanunda qəbul olunan bu yeni qərarlar istehlakçılar üçün əvəzsiz rol oynayacaqdır.

Digər əsas məqamlardan biri isə etiket üzərində yazılan məlumatların qidanın tərkibi ilə vəhdət təşkil etməsidir. Çünki əksər hallarda məhsulların üzərində insanların diqqətlərini cəlb etməsi üçün müxtəlif cümlələrdən istifadə olunur. İstehlakçı da həmin qidaları qəbul edir və xəstəliyinin həqiqətən də müalicə olunacağını gözləyir. Lakin bu təbii ki, heç doğru deyil. Həmçinin o cür qeyd olunmuş qidaların çoxunda şəkər əvəzinə bır sıra kimyəvi qidalardan istifadə edir. Bu cür qatqılar orqanizmdə həzm olunmadığı üçün insanların orqanizmində kəskin şəkildə problemlər yaradır. Hətta qaraciyər və böyrək çatışmamazlığı kimi ciddi problemlər yaradır. Artıq yeni qanun insanların daha düzgün və faydalı məhsul seçməsinə kömək olacaqdır”.