Plastik qablarda qida saxlayarkən bunlaradiqqət edilməlidir – ekspert açıqlaması

Plastik qablar
0 Shares

Plastik qablarda qida saxlamağın faydalı olmadığını çox insan bilsə də, plastik qablar ucuz və rahat olduğu üçün onlardan tamamilə imtina etmək mümkünsüzdür. Plastik qablarda qida saxlamağın riskləri barədə qida eksperti Məshəti Hüszeynova SİA-ya danışıb:

“Plastik qablarda qidaların və ya içkilərin saxlanılması ümumiyyətlə sağlamlıq üçün təhlükəlidir. Çünki plastik qablar hər nə qədər qida üçün nəzərdə tutulsa da, xammalı yenə də qida üçün nəzərdə tutulmayan plastiklərlə eynidir. Sadəcə qida üçün olanlar bəzən ilk dəfə hazırlanır, lakin qeyri-qida üçün nəzərdə tutulan plastik qablar təkrar emaldan istifadə olunan kimyəvi maddələrdən hazırlanır. Xüsusilə, plastik qablarda saxlanılan qidaların ən böyük təhlükəsi günəş şüaları və ya istiliyə məruz qalaraq plastikin tərkibindəki bisfenol A qida ilə reaksiyaya girərək kanserogen maddələrin əmələ gəlməsinə səbəb olmasıdır. Bundan sonra da artıq mütəmadi olaraq həmin plastik qablarda saxlanılan qidaları qəbul edən insanlarda ilk olaraq həmz sistemində problemlər yaranmağa başlayır. Daha sonra da orqanizmdə yeniyetməlik dövründə olan insanlarda hüceyrə quruluşunun inkişafına mane olur. Orta və ya yetkinlik yaşına çatmış insanlarda isə onların ömrü azalır və bir çox daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır. Zamanla özünü ya zəhərlənmə kimi, ya da müəyyən daxili orqanların xərçəng xəstəliyi kimi göstərir. Yaxşı olar ki, plastik qablardan ümumiyyətlə istifadə edilməsin, və ya qidaları az müddətdə, sərin, soyuq şəraitdə saxlamaq üçün istifadə edilsin. Bu, eynilə. Marketlərdən, bazarlardan aldığımız polietilen paketlər üçün də keçərlidir. Çünki bu paketlər yalnızca qısa məsafəni daşımaq üçün nəzərdə tutulub. Bəzən olur ki, qidalar, meyvə-tərəvəzlər, ət soyuducuda saxlanılarkən polietilen paketlərdən istifadə edilir. Bu da tamamilə düzgün deyil. Soyuducuda temperatur nə qədər az olsa da, həmin məhsulların paketlərdə və ya plastik qablarda saxlanılması qidanın tərkibinin pozulmasına, dadının dəyişməsinə səbəb olur ki, bu da qidanı qəbul edəndə insan orqanizminə zərər verir. Süd, süd məhsulları, qatıq, pendir, eyni zamanda yağ, turşular, bişmiş qidalar, tərkibində turşu olan qidalar, qazlı və ya təbii meyvələrdən çəkilmiş içkilər və bu kimi məhsullar mütləq şəkildə şüşə və ya saxsı qablarda saxlanılmalıdır. Çox miqdarda olan qidalar emal edilmiş, qalaylanmış qazanlarda da saxlanıla bilər. Təzə meyvə və tərəvəzləri isə paketlər, plastik qablar əvəzinə şüşə qablarda saxlamaq məsləhətlidir. Əgər qidalar doğru şəkildə saxlanılmayacaqsa, istehlak ediləcək miqdarda alınmalıdır. Çünki bu zaman qidanın tərkibi dəyişmir və insan orqanizminə zərər vermir. Bəzən pəhriz saxlayan insanlar salatlar və ya tez hazırlanan qidalar hazırlayaraq plastik qablarda özləri ilə iş yerlərinə, gündəlik evədn kənarda olduqları yerlərə aparırlar. Bu zaman da çox diqqət edilməli məqam doğranmış, yağlar və digər əlavələr edilmiş tərəvəzlərin də plastik qablarla kimyəvi təsirlərə məruz qalmasıdır. Çünki bu zaman insanlarda köp, şişkinlik, daha sonra zəhərlənmə və insan orqanlarının yavaş-yavaş sıradan çıxmağına səbəb ola bilər. Bəzən çay, kofe kimi isti içkiləri də plastik qablarda içirlər, bu da ən təhlükəli məqamlardan biridir. Çünki istiliyə məruz qalan plastik qablardakı bisfenol A və digər zərərli maddələr daha sürətli şəkildə insan orqanizminə keçir. Buna görə də plastik qablardan mümkün qədər istifadə etməmək tövsiyə edilir”.