Palma yağının zərərini bilə-bilə susan qurumlar – ÜST həyacan təbili çalır, AQTA isə…

MƏHSƏTİ HÜSEYNOVA: Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR!
0 Shares

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib. Lakin ÜST-ün bu xəbərdarlığına baxmayaraq, müasir dövrdə əksər qidalarda bu yağdan istifadə edirlər.

Həqiqətən palma yağı faydalıdırmı? Əgər faydası varsa nələrdir?

Palma yağı bir çox ölkədə istifadəsi qadağan olunsa da yenə də bəzi qidaların tərkibində özünə yer tapa bilir.

Qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, tərkibində palma yağı olan məhsullar həm kanserogen həm də toksit təsirlidir. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“Bəzən məhsulun tərkibini palma yağı yerinə bitki yağı olaraq göstərilir. Palma yağı bədəndə qəbul olunmadığına görə tərkibindəki palnitin turşusu həddindən artıq tez və zərərli şəkildə kilo almağa və piylənməyə səbəb olur. Bu zaman insulin riski də çoxalır. Həmçinin o həzm olunmur və mədə-bağırsağı sıradan çıxarır, damar tıxanıqlığı yaradır. Kalori miqdarı olduqca yüksəkdir. Bir yemək qaşığı palma yağında təxmini 120 kalori var. İnsanlar bəzən səhv məlumatlı olur. Deyirlər ki, “yağ palma ağacının çəyirdəklərindən hazırlanıbsa faydalıdır”. Diqqətə çatdırım ki, bu məlumat yanlışdır. Hər ikisi eyni kaloriyə malikdir. Ümumiyyətlə palma tərkibli yağlardan istifadə tamamilə ziyandır. Əgər palma yağından çox istifadə edibsizsə, su qəbul etməklə toksik maddələri xaric edilə bilər”.

Məhsəti Hüseynova həmçinin reklam edilən bəzi məhsulların siyahısını oxucularla da bölüşüb. “Qara siyahı” adlanan bu məhsullar ölkə bazarında müştərilərə xəbərləri olmadan təklif edilir. Hər kəsin brend marka olaraq, tanıdığı bu məhsullar xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Şokaladlar: Mars, M,M, Snickers, Milky Way, Nestle, Hersheyes, Cadbury, Fruit Nut, Ferrero

İçkilərdən: Coca Cola, Sprite, Fanta, Pepsi, Pepci-Co, 7-Up, Mauntin Dyu, Lipton çay

Digər qidalar: Mc Donald restoranlar şəbəkəsinin qidaları, Kraft uşaq yeməkləri, Nestle uşaq yeməklər, Heinz Food Ketçup, Kellogs quru səhər yeməyi, Campbell şorbaları, Parmalat peçenyeləri, Hipp uşaq qidaları, Denon uşaq qidaları.

Qeyd edək ki, belə məhsullar emal prosesində atomla doydurulur və orqanizmdə mənimsənilmir. İstehlakçıları palma yağının zərərsiz olmasına inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.

Lakin ÜST bu səyləri təkzib edir…

Təşkilatın ekspertləri tərəfindən aparılan təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə ürək xəstəliklərinin çoxalmasını müəyyən ediblər. Həkimlər palma yağını ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırılması ilə bağlı məlumatlar veriblər.

Həkim cərrah Adil Qeybulla da bu fikirlə razıdır. Ednews-a danışan mütəxəssis palma yağını əvəzləyicisinndən də danıışıb.

“Dünyada işlədilən yağların 34 faizini təşkil edən palma yağı Azərbaycanda da istehsal olunur. Son vaxtlar ürək damar xəsəliklərinin çoxalması belə yağların qəbulu nəticəsində əmələ gəldiyini deyə bilərik. Ancaq mümkün qədər bitki yağlarından üstünlük belə problemlərin həllinə gətirib çıxarar. Həmçinin kərə yağlarından məhdud şəkildə qəbul indiki situasiyada ən optimal çıxış yoludur”.

Bəs, bu kimi zərərli qidalarım reklam edilməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə Reklam Agentliyi belə reklamları necə tənzimləyir? Agentliyin mətbuat katibi Hüseyn Azəri bildirib ki, reklamlar qidanın tərkibinə görə tənzimlənmir.

“Reklam Agentliyi belə qidaların reklamına icazə verərkən onun tərkibinə baxmır ki, bu qida təhlükəlidir yoxsa yox. Əgər məhsul reklam haqqında qanunla tənzimlənirsə, onda yayımına icazə verilir. Tütün məmulatları, alkaqollu içkilərin spirti 5 faizdən çox olduqda, qəlyanların reklamı , məktəb yaxınlığında mərc oyunları kimi reklamlara icazə verilmir. Ancaq bu kimi qidaların tərkibinə görə reklam agentliyi cavabdehlik daşımır.

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərkibində palma yağı olan qidaları zərərli olduğu halda nə üçün satışını tənzimləmir?

Əfsuslar olsun ki, bu barədə AQTA-ya ünvanladığımız suallar cavabsız qalıb. Bütün səylərimizə baxmayaraq, qurum bu barədə heç bir açıqlama təqdim etməyib.

Məsələni diqqətdə saxlayacağıq…

Ləman Abbaslı