Avakadonun tarixi 10.000 illiyə qədər gedib çıxsa da, mədəniləşdirilməsi və yetişdirilməsi hardasa 5000 ildir ki,həyata keçirilir. Avokado müxtəlif adlarla tanınmışdır.Məslən “Timsah armudu” ,”Bərəkət meyvəsi”. Bu meyvə ağacının tarixi Türk dünyasında 1970 ci ilə söykənsə də,əslində isə heç də belə deyil. Nədənsə bu meyvənin həqiqi tarixini gizlətməyə də çalışanlar var.
Avakadonun Türk dünyasındakı tarixi Molla Kamil əfəndi ilə bağlıdır. Kimdir bu Molla Kamil Əfəndi? Molla Kamil Əfəndi 1688-ci ildə Yanya valisi Qızıl Rıza Paşanın üçüncü övladı olaraq dünyaya gəlib.Ailəsi onun din alimi olmasını istəsə də,o müsbət elmlərlə maraqlanır, böyüklərin bütün etirazlarına baxmayaraq, atasından qalan mirasla Romaya, oradan da Parisə gedir və təhsilini orada davam etdirir.
Təhsil aldığı müddətdə bitki və əkinçilik elmlərinə xüsusi maraq göstərən Molla Kamil Əfəndi İstanbula qayıtdıqdan sonra sarayda baş bağbanda işləməyə başlayır. O, 1720-ci ildə lalələrdə xəstəliyin aşkarlanması və müalicəsinə görə böyük rəğbət qazanmışdır. Bundan əlavə o dövrün sultanı III. Əhməd tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılmışdır.Daha sonra o “Halaskaran-ı lalezar” ləqəbini aldı.Elə məhz Molla Kamil Əfəndinin sayəsində Türk dünyası tarixinə düşmüş avakado haqqında qeydlərə nəzər salanda, avokadonun ilk dəfə Osmanlı İmperiyasında 1700-cü illərdə Molla Kamil Əfəndi tərəfindən yetişdirildiyin də şahidi oluruq.
Molla Kamil Əfəndi Parisdə gördüyü avokado meyvəsini ona mükafat olaraq verilən Yalovadakı torpağında yetişdirmişdir. Uzun zəhmətlərdən sonra Yalova iqlimində avokado yetişdirməyi bacaran Kamil Əfəndi bu meyvə haqqında bir risaləsində bu sözləri yazmışdı,”Avokado kimi tanınan bu ağaca timsah armudu da deyilir.Onun meyvəsinin faydalarını saymaqla bitməz,dadı xoşdur, görünüşü gözəldir, çox dadlıdır, şəfalıdı,cənnət qidasıdır,nə ilə yeyilirsə, yaxşı həzm olunur, ağıza rahat həll olunur, mədəyə rahatlıq verir,dəri üçün də çox faydalıdır və üzə nur gətirər”.
Molla Kamil Əfəndinin xoşbəxt dövrləri və Osmanlı avokado macərası təəssüf ki, 1730-cu ilin sentyabrında başlayan Patrona Halil üsyanı ilə sona çatdı. Üsyançılar və himayədarları Damat İbrahim Paşa ilə birlikdə son dərəcə amansızlıqla Kamil Əfəndini öldürdülər.Üsyançılar avokadonun “timsah ağacının meyvəsi” nin məhsulu olduğunu və bunun bir müsəlman ölkəsi üçün qəbuledilməzliyini irəli sürdülər.Bunun məkruh olduğuna, müsəlman ölkəsində becərilməsinin, yeyilməsinin caiz olmadığına fətva verərək,Yalovada bütün avakado ağaclarını yandırılıb məhv etdilər.Beləliklə, Türkiyə tarixində bəlkə də ilk müasir əkinçilik cəhdi bir qrup fanat tərəfindən məhv edildi və avokadonun bu ölkəyə yenidən daxil olması birdə təxminən 240 ildən sonra mümkün oldu.
Beləliklə düz 240 il sonra,Türkiyədə avokado becərilməsinə 1970-ci illərin əvvəllərində başlanıldı.O zamanlar Kaliforniyadan gətirilən avokado tingləri Egey və Aralıq dənizi sahillərində, xüsusilə Antalya, Alanda, Muğla, Dalaman, Hatay və İskəndərunda əkilirdi. 1989-2004-cü illər arasında 42 fərqli avokado növünün sınaqdan keçirildiyi Türkiyədə 5 avokado çeşidi Aralıq dənizi iqliminə uyğunlaşdı. Türkiyədə yetişdirilən avokado növləri, Zutano, Ettinger, Fuerte, Hass və Bekon. Bundan əlavə, “Pinketon” və “Wurtz” kimi növlərdir.
Allah sənə rəhmət eləsin Molla Kamil Əfəndi.
- Hüseynli Nərgiz