Oruc tutarkən qidalanmaya necə diqqət edək? 

0 Shares

Hər il olduğu kimi bu il də  milyonlarla müsəlman Ramazan ayında oruc tutur. Bəs oruc olanda qidalanmaya necə diqqət yetirmək lazımdır? 

Qida üzrə ekspert Məhsəti Hüseynova “Yeni Azərbaycan” – a açıqlamasında bildirir ki, oruc tutarkən qidalanma rejimi dəyişdiyi üçün  axşam saatlarında ağır kalorili qidaların qəbulu gələcəkdə həzm sistemində problemlərin yaranmasına səbəb ola bilər: “Eyni  zamanda  iftar vaxtında gec  saatlarında daha çox un məmulatları və undan hazırlanmış ağır şirniyyatlar qəbul etdikdə orqanizmdə fəsadlar yaranır. Yaxşı olar ki, iftarda un məmulatlarından 150 q-dan çox istifadə olunmasın.  Xüsusilə yeni  hazırlanmış qidalara və su qəbuluna diqqət etsinlər”. 

Qeyd edək ki, günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi susuzlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.

Mütəxəssis onu da qeyd edir ki, bəzən yemək qəbul edib, su qəbul etmədikdə orqanizmdən toksinlərin  xaric olunması çətinləşir və qəbul etdikləri qidaların tərkibindəki makro və mikro elementlər vitamin və mineralların düzgün şəkildə sovrulmadığı üçün vitamin mineral çatışmazlığı baş verir ki, bu da mütləq şəkildə lazımı qədər suyun qəbulunun vacibliyini göstərir: “Hər bir insan yaxşı olar ki, mütləq 7/8 stəkan suyu  qəbul etsin. Su ilıq otaq temperaturunda qəbul olunmalıdır. Çünki isti içkilər qida borusuna bir çox problemlərə gətirib çıxardır ki, bu da  özünü  daha çox orucluqdan sonra göstərməyə başlayır”.

  • Hüseynli Nərgiz