Nə yesək sağlam olarıq ? – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqladı

Məhəsti Hüseynova
0 Shares

“Sağlamlığımız üçün qidalanmanın rolu çox böyükdür. Lakin sadəcə qidalanma sağlamlığımız üçün yetərli deyil. Çünki qidalanma ilə yanaşı mütləq şəkildə fiziki aktivlik, yuxu rejimi, ətraf mühit və gündəlik görülən işlər, gündəlik ünsiyyətdə olduğumuz insanlar, şəxsi münasibətlər də yəni, bu dərəcədə hər şey bir insan orqanizminin sağlamlığına təsir göstərir”.
Nə yesək sağlam olarıq ? – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqladı
Onun sözlərinə görə, təbii ki, sadəcə və sadəcə sağlam qidalansa, digər ünsürlərdən biri olmasa və ya digər ünsürlər tam qaydasında yerinə yetirilməsə, bu zaman sağlam qida da orqanizmə o qədər fayda verməyəcək: “Birinci növbədə bilmək lazımdır ki, bu gün qida çeşidliliyi günü-gündən artır. Bu çeşidlilik isə heç də faydalı qidalar tərəfindən artım deyil. Əksinə istehlakçıları çaş-baş salacaq, fərqli-fərqli bir çox hallarda da keyfiyyətsiz qidalar istehsal edilir. Buna görə də mütləq şəkildə biz gündəlik qidamızda yerli, mövsümi meyvə, tərəvəzlərə üstünlük vermək lazımdır. Bu, birmənalı şəkildə vacibdir. Çünki orqanizmin vitamin və mineral balansını məhz çiy qidalar təmin edir. Günlük rasionumuzda meyvə, tərəvəzdən kifayət qədər istifadə etsək, hər hansı bir vitamin çatışmazlığından da əziyyət çəkmərik. İndi isə payız mövsümü gəlib və nar, alma mandarin kimi meyvələrin sezonudur. Xüsusilə də, feyxoanın artıq mövsümü gəldikcə bundan da kifayət qədər istifadə etmək lazımdır. Çünki tərkibi yodla zəngindir.

Mütəmadi olaraq bağırsaqların təmiz qalması üçün isə lifli qidalardan istifadə etmək lazımdır.Bir çox insanlar da bu cür qidalar qəbul etmədiyi üçün qəbizlikdən əziyyət çəkir. Qəbizlik isə müəyyən bir vaxtdan sonra bağırsaq keçməzliyi, baş ağrı, əsəb pozuntusu, yuxusuzluq, gərginlik, stres və eyni zamanda da maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
Digər məqamlardan biri isə səhər yeməyi qəbul etməyin zəruriliyidir. Səhər yeməyində də mütləq yulaf əzməsi, yulaf sıyığı eyni zamanda da çərəzlər yumurta, süd və süd məhsulları, qaymaq kimi təbii məhsullara üstünlük verilməlidir. Təbii ki, bunlar da menyu şəklində hər gün qəbul olunmalıdır. 25 yaşa qədər insanların gün ərzində 3 dəfə qidalanması, 25-30dan yuxarı yaşlarda olanların isə gün ərzində iki ana yerməklə qidalanmaları məqsədəuyğundur.
Eyni zamanda temperatur artıq aşağı düşdüyü üçün insanlarda su qəbulu da zəifləyib. Lakin gün ərzində mütləq şəkildə lazımi qədər maye qəbul etmək də sağlamlıq üçün vacibdir. Xüsusilə də payız fəslində xəstəliklərin qarşısını almaq üçün suyu müxtəlif meyvələr, nanə və bal ilə dadlandıraraq içmək də mühimdir”.