Məhsəti Hüseynova – “Göbələk rütubət olan yerdə saxlanılmamalıdır”.

Məhsəti Hüseynova
0 Shares

“Mövsüm yaxınlaşdıqca insanlarda daha çox göbələk yığmaq həvəsi yaranır. Hətta bəzən şəhərdən kənarda gəzintilərə çıxdıqda belə göbələkləri yığmağa çalışırlar. Amma nəzərə almaq lazımdır ki, sadəcə Azərbaycanda göbələyin təxminən 40 minə yaxın növü var. Bunların isə bəziləri zəhərli göbələklərdir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, zəhərsiz olan göbələk çeşidi demək olar ki, çox azdır: “Bunu isə təbii ki, hər kəs peşəkar şəkildə tanıyıb, seçə bilməz. Belə olan halda da artıq zəhərli göbələklərdən istifadə edərək, zəhərlənə bilər, hətta bu proses ölümə belə apara bilər.

Göbələyi nəinki hardansa toplamaq, aldıqda belə diqqət etmək lazımdır. Çünki göbələk düzgün şəkildə saxlanılmadıqda belə insan orqanizmində zəhərlənməyə səbəb ola bilər. Nisbətən zəhərsiz və insanlara daha az zərər verə biləcək göbələklər içərisində Şampinyondur