Mövsümsüz qidaların orqanizmdə yaratdığı TƏHLÜKƏ: Bu qidaların yetişdirilməsi ilə bağlı ŞOK FAKTLAR

0 Shares

“Mövsümü gəlməyən qidaları qəbul edən insanlarda ürək-damar sistemi, qan dövranı sisteminin pozulması qəfl ürəkutmalarına, beyin qan sızmasına, hətta ölümə qədər gətirib çıxara bilər”. Bu fikirləri mövsümündə olmayan qidaların qəbulunun orqanizmə zərərləri və diqqət olunası məqamlardan danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu cür qidaların yetişdirilməsində müxtəlif hormonlardan və kimyəvi maddələrdən istifadə edilir. “Hazırda bazarlarda mövsümündə olmayan meyvə və tərəvəzlərin satıldığını müşahidə edə bilirik. Təbii ki, insanlar məhsulların mövsümündə olduğu kimi, həmin dadda və keyfiyyətdə olduğunu düşünür və bundan asılı olmayaraq, həmin məhsullardan istifadə edir. Bu məhsulların arasında alça, çiyələk pomidor, xiyar, badımcan və bu kimi meyvə-tərəvəzləri görmək mümkündür. Belə qidalar istixanalarda yetişdirildiyi üçün onlara süni və kimyəvi müdaxilələr olur. Bu cür qidaların yetişdirilməsində müxtəlif hormonlardan və kimyəvi maddələrdən istifadə edilir”, – deyə o əlavə edib. Mütəxəssis qeyd edir ki, belə qidaların qəbulu zamanla orqanizmin zəhərlənməsinə gətirib çıxara bilər: “Bir çox halda həmin qidaları qəbul edən insanlarda hormon balansının pozulması, təhlükəli xəstəliklərin yaranması və həzm sistemi orqanlarının pozulması ilə müşahidə olunur. Mütləq bilmək lazımdır ki, bu qidaların yetişdirilməsində istifadə olunan hormonlar və kimyəvi maddələr onların tərkibindən heç zaman təmizlənmir. Bəzən bu qidaları uzaq məsafəyə daşınarkən öz-özünə yetişsin və xarab olmasın deyə, kal şəkildə yığırlar. Mövsümü gəlməyən qidaları qəbul edən insanlarda ürək damar sistemi, qan dövranı sisteminin pozulması qəfl ürəkutmalarına, beyin qan sızmasına, hətta ölümə qədər gətirib çıxara bilər. İnsanlar bu cür qidaları qəbul etdikcə bədənləri bəzən anında reaksiya verməyə bilir və zamanla insan orqanizminin zəhərlənməsinə səbəb olur”. Ekspert əlavə edib ki, həmin qidaların mövsümündə yeyilməsi daha məqsədəuyğundur. “Ümumiyyətlə, bu qidaların qəbulu zamanı orqanizmdə yığılan toksid maddələr bədəndən heç vaxt xaric olmur və bir müddət sonra öz fəsadlarını göstərəməyə başlayır. Qəbul edilən qidaların hamısının öz mövsümündə yeyilməsi daha məqsədəuyğundur. Əgər belə qidalar mövsümündə qəbul olunarsa onun verdiyi mineral və vitaminlər insan orqanizminə daha yaxşı fayda verə biləcək. Əks halda bu cür meyvə-tərəvəzlərin qəbulu xüsusilə həssas qruplar üçün real təhlükədir”, – deyə o yekunlaşdırıb.

~ Abbaszadə Fidan