Məhsəti Hüseynova: Oruc tutmağın orqanizmə faydaları NƏLƏRDİR?

Məhsəti Hüseynova
0 Shares

“Oruc tutmağın insan orqanizminə faydaları artıq son dövrlərdə daha çox araşdırılır. Demək olar ki, dünyanın bir çox ölkələrində hətta müsəlman ölkələri olmayanlarda belə bəzi xəstəliklərin müalicəsində aralıqlı orucdan istifadə edilir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

“Oruc tutmağın insan orqanizminə faydaları artıq son dövrlərdə daha çox araşdırılır. Demək olar ki, dünyanın bir çox ölkələrində hətta müsəlman ölkələri olmayanlarda belə bəzi xəstəliklərin müalicəsində aralıqlı orucdan istifadə edilir”.

Onun sözlərinə görə, bunlar da oruc tutmağın sağlamlığa olan faydalarından qaynaqlanır: “Təbii ki, ilk olaraq faydalarını sayanda onu qeyd etməliyik ki, orqanizm düzgün şəkildə qidalanmadıqda və yaxud həddindən artıq çox kalori qəbul etdikdə yağlar şəklində toplanır. Yağlar uzun müddət ac qalan orqanizmdə çox sürətlə yanır. Bu da təbii ki, artıq olan çəkinin sağlıqlı şəkildə yığılması deməkdir. Eyni zamanda da həmin orqanizmdə hərəkətsiz şəkildə depolanmış yağ hüceyrələri var ki, onları da hərəkətə keçirir. Hərəkətə keçirdiyi üçün də artıq orqanizm aktivləşir və bunun sayəsində də daha daxili orqanların funksiyası da güclənir. Eyni zamanda qan dövranı da sürətlənir. Bir çox hallarda ürək-damar xəstəliyinə yoluxma riskini də azaldır. Daha sonra isə mədə və bağırsaqlar üçün çox faydalıdır. Bir növ onlara istirahət verilir. Eyni zamanda da uzun saat işləməyən mədə bağırsaq dincəldiyi üçün öz əvvəlki sağlam formasını bərpa etməyə başlayır. Bu da bağırsaqların və mədənin sağlamlaşması, eyni zamanda maddələr mübadiləsinin normallaşmasına, həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Bu da bir növ immun sisteminin güclənməsində çox faydalıdır. Daha sonra beynin funksiyalarını gücləndirir. Bir çox hallarda oruc tutan insanlarda alzheymer kimi xəstəliklər olduğunda belə onların həm müalicəsində, həm də tutulma riskini azaltdığı da elmi olaraq sübut olunub.

Dəri həddindən artıq canlanır, parıldayır və daha gənc görünür. Bu da bir növ qara ciyərin, mədənin, böyrəklərin funksiyalarını bərpa etməsidir. Bu isə birbaşa olaraq dərinin gözəlləşməsinə səbəb olur. Oruc tutmaq şəkərli diabet xəstələrinin də normallaşmasına gətirib çıxarır. Bir ay durmadan tutulan oruc qandakı şəkər səviyyəsinin balansını qorumağa da kömək olur ki, bu da ən önəmli məsələlərdən biridir. Bunların hər biri immun sistemimizi gücləndirdiyi üçün artıq daha güclü olur. Mütləq şəkildə bunları düşünərək, iki günlük davamlı şəkildə oruc tutmaq faydalıdır. Ölü hüceyrələrin itməsinə, yeni hüceyrələrin yaranmasına da səbəb olur ki, bu da orqanizmi gəncləşdirir, xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır”.

Səbinə Hüseynli