Marketlərdə çörəklərin üstü açıqdır: – Nə etməli? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Hər kəsin qarşılaşdığı bu mənzərə insanı narahat edir.

Belə ki, əksər marketlərdə bəzi məhsulların üstü açıqdır.

Məsələn, çörəyin.
Bu isə bəzən haqlı narazılıqlara səbəb olur.

Ümumiyyətlə, bu cür hallara qarşı cəza varmı, olmalıdırmı?

Üstəlik, insanlar üçün sağlamlıq riskləri necə, varmı?

Bu barədə Gununsesi.info-ya Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova danışıb.

O bu barədə deyib:

“Çörək məlumatları bişirilmədən istehlakçıya təqdim olunana qədər sanitar-gigiyeniya qaydalarına əməl olunma şərtləri vacibdir. 

Xüsusilə də ticarət obyektlərində əvvəlcədən razılaşdırılmış qrafik üzrə gətirilməklə, bütün bu prosesdə qida daşınma zəncirinə nəzarət olmalıdır. Yaxşı olar ki, çörəklərin üzəri xüsusi örtüklə örtülsün. Bu, bir çox hallarda müəyyən kağız və ya polimer pluyonkalardan olsa da, bəzən açıq da olur. Nəzərə almaq lazımdır ki, çörək digər məhsullardan təcrid olunmuş formada olmalıdır”.

Məhsəti Hüseynova həmçinin bildirib:

“O cümlədən istehlakçıların əl ilə toxunması qadağandır. Eyni zamanda etiket məlumatları açıq şəkildə yoxdursa, ümumi yeşiyin üzərində istehsalçı şirkətin adı, ünvanı, istifadə müddəti, tərkibi və.s göstərilməlidir. Bunlar yoxdursa, həmin məhsul riskli məhsullar sırasında olur və onları almaq tövsiyə olunmur”.

  • Fidan Abbaszadə