Məhsəti Hüseynova: Sağlam qidalanmanın əsas şərtləri NƏLƏRDİR? 

0 Shares

“Ümumiyyətlə biz sağlam yaşam, sağlam həyat dedikdə bizim sağlamlığımıza təsir edən bütün amilləri nəzərə almalıyıq. Buna sağlam qidalanma, gündəlik həyat tərzi, ümumiyyətlə bizim gündəlik olduğumuz yer, ətraf-mühit, insanlar, həmin insanlarla bizim münasibətimiz və s. aiddir. Bütün bunlar hamısı bizim sağlamlığımıza təsir edən amillərdəndir. Lakin bioloji olaraq sağlam qidalanmanı əsas faktor götürürük”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova deyib.

“Nəzərə almaq lazımdır ki, əgər biz tamamilə sağlam şəkildə qidalanırıqsa, digər dediyim amillərdən hər hansı biri yoxdursa və yaxud sağlam qidalandığımız halda gündəlik stresə məruz qalırıqsa, o faktor da bizim sağlamlığımıza zərər yetirə biləcək. Ona görə mütləq şəkildə gün ərzində yaxşı olar ki, qidalanmamızla yanaşı digərlərinə də fikir verək. Vacibdir ki, hər gün gündəlik həyat rejimi var ki, burada sağlam yuxu ən önəmli məsələlərdən biridir. Çünki, əgər yuxu sistemimiz düzgün olmasa bu bizim əhval-ruhiyyəmizə də təsir edəcək, iş qabiliyyətimizin aşağı düşməsinə, diqqətimizin yayınmasına, gün ərzində yorğun, tənbəl hiss etməyimizə səbəb olacaq. Eyni zamanda da qidalanmanı götürsən yuxu sisteminin pozulması qidalanmamıza da təsir edəcək.

Nəzərə almaq lazımdır ki, əgər biz tamamilə sağlam şəkildə qidalanırıqsa, digər dediyim amillərdən hər hansı biri yoxdursa və yaxud sağlam qidalandığımız halda gündəlik stresə məruz qalırıqsa, o faktor da bizim sağlamlığımıza zərər yetirə biləcək. Ona görə mütləq şəkildə gün ərzində yaxşı olar ki, qidalanmamızla yanaşı digərlərinə də fikir verək. Vacibdir ki, hər gün gündəlik həyat rejimi var ki, burada sağlam yuxu ən önəmli məsələlərdən biridir.

Sağlam yuxu rejimi 23:00-dan sonra yatılan yuxudur, 7-8 saat ərzində yatılması daha vacibdir. Bundan başqa gündəlik fiziki aktivliyimiz hər gün olmalıdır, çünki, orqanizmimiz hər gün çalışır və hər gün bu amillərdən biri əksik olursa o mütləq öz təsirini gələcək zamanlarda göstərir. Fiziki aktivlik dedikdə isə hər hansı bir idman növünü deyil, gündəlik yürüyüş, açıq havada olma aktivliyidir. Biz əgər sağlamlığımızı düşünürüksə hər insanın, çəkisi yaşı, yan xəstəliklərinin olub-olmaması kimi faktorlara da diqqət olunmalıdır. Daha sonra sağlam qidalanmanı qeyd etmək istəyirəm. Biz əsasən gün ərzində yediyimiz qidaların miqdarına, mənşəyinə, necə hazırlanmağına diqqət etməliyik. Yaxşı olar ki, gün ərzində səhər, günorta, axşam olmaq üzrə 3 əsas yeməyi qəbul etməliyik. Bəzən 30-35 yaşdan sonra bu 3 yeməyi orqanizmdə xəstəliklər yoxdursa 2 saya da endirmək olar. Bu yeməklər də səhər və günortadan sonra 4-5 arasında yeyilən yeməkdir ki, bu iki ana yeməyi və ortada olan ara öyünləri qəbul etməliyik.

Mümkün qədər sağlamlığımızı qorumaq üçün paketlənmiş məhsulları, “fast fud” qidalarını, qazlı içkiləri, şirin un məmulatlarını, mənşəyi bəlli olmayan yağlardan hazırlanan şokoladları mütləq şəkildə rasionumuzdan çıxarmalıyıq. Çünki, bu qidalar həqiqətən də orqanizmə zərərli kimyəvi qatqı maddələrindən ibarətdir və eyni zamanda da daxili orqanları həddindən artıq yükləyən maddələrlə doludur. Ona görə də bu qidalardan uzaq durmaq lazımdır. Yaxşı olar ki, mövsümü yerli meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Gün ərzində hər bir insanın qida rasionunda iki meyvə və üç tərəvəz dərman olaraq mütləq şəkildə qəbul edilməlidir. Orqanizmə su çox lazımdır, qaynanmamış təmiz su, hər kiloqram bədən çəkisinə görə 30 ml nəzərdə tutulur ki, bunu da mütləq fəsildən asılı olmayaraq qəbul etməliyik. Bəzən elə olur ki, insanlar qışda su içməyi unudurlar, amma bu da təbii ki, öz fəsadlarını göstərir. Çünki, orqanizmdə gedən proseslərin 75-80%-i su hesabına həyata keçirilir. Su, eyni zamanda da bədənimizdə olan toksin maddələr də su vasitəsi ilə atılır. Əgər biz bu mayeni qəbul etməsək o zaman orqanizmdə bir sıra proseslərin pozulması baş verər”.Müəllif: Rüqəyya Orucova