Qış ki gəldi, ətrafda meyvə-tərəvəzin təzəsi azalır, bəzi hallarda heç olmur. İstixanlarda yetişdirilən tərəvəzlərin isə xeyrindən çox ziyanı var. Həm də dad da o dad deyil axı.
Ona görə anaların, nənlərin yaydan, payızdan ehtiyat tutduqları konserviləşdirilmiş meyvə-tərəvəz ortaya çıxır. Bəzilərimiz isə kələm, xiyar şorabası olmadan heç süfrəyə əl uzatmırıq.
Amma…
Amması odur ki, belə qidaların insan orqanizmi üçün nə qədər faydalı olduğundan heç xəbərimiz yoxdur.
Ona görə də Bizim.Media olaraq, bu gündən başlayaraq vaxtaşırı yeni rubrika ilə qonağınız olmaq fikrimiz var.
“Nə yeyək?” adlanan rubrikamızda sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə bu dəfə konserviləşdirilmiş məhsullardan danışacağıq. Sən demə, heç bir konserviləşdirilmiş qidanın faydası yox imiş. Birindən başqa…
Bilmək istəyirsinizsə, sizinçün hazırladığımız “Nə yeyək?” rubrikamızdakı videomaterialla tanış olun.