Son illər Azərbaycanda satışda olan bəzi çay məhsulları ilə bağlı narahatedici məqamlar gündəmə gəlməkdədir. Xüsusilə ucuz seqmentdə təqdim olunan çayların bir qisminin təbii çay yarpaqlarından deyil, süni boyalar və kimyəvi maddələr hesabına rəng və dad qazandığı iddia olunur. İstehlakçıların əksəriyyəti bu cür “kraska çaylar”ın sağlamlıq üçün potensial risklər yarada biləcəyindən xəbərsiz olaraq gündəlik istifadəni davam etdirir.
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda çaylarla bağlı həm nəzarət, həm qanunvericiliklə müəyyən edilmiş qanunlar olsada, təbiiki satışda ucuz və keyfiyyətsiz çaylarada rast gəlinir. Onun sözlərinə görə, keyfiyyətli çay almaq üçün birinci növbədə qablaşdırmaya baxmaq lazımdır:
“Qablaşdırmada istehsalçı haqqında ətraflı məlumatlar göstərilməlidir. Tərkibi və mənşəyi ilə bağlı, eyni zamanda keyfiyyət sertifikatı ilə bağlı bütün məlumatlar olmalıdır və istehsal tarixi ilə son istifadə müddəti göstərilməlidir. Çayın dadında və qoxusunda təbii çay qoxusu olmalıdır. Əgər kəskin, süni qoxu varsa bu ona müəyyən aromatizatorların vurulmasından xəbər verir. Çay əgər keyfiyyətsiz məhsuldursa və yaxud şübhəli bir hal varsa, onu almaqdan çəkinmək lazımdır.
Ümumiyyətlə çayın keyfiyyəti və təhlükəsizliyi ilə bağlı təbiiki onun bir çox göstəriciləri varki bu göstəricilər labarotoriyada qiymətləndirilir. Burda əsasən çayın fiziki, kimyəvi, mikrobioloji xüsusiyyətlərinə görə göstəriciləri təhlil olunur. Burda daha çox zərərli maddələrin olmaması ilə bağlı analizlər aparılırki, təhlükəsizlik olsun və bütün bunlara cavab verdiyi halda qida təhlükəsizliyi sertifikatı alır və eyni zamanda da Azərbaycan qanunvericiliyinə görə genetik modifikasiya olunmuş çay və bitkilərin istifadəsi qadağandır. Ona görədə yerli çaylarımızda belə çay bitkiləri yoxdur. Əsasən Azərbaycanda Lənkəran və Astara zonasında çay bitkisi yetişdirilir və buda onun iqlimi ilə təbiiki əlaqədardır ki, subtropik iqlimdə çay daha keyfiyyətli və bu bitkinin əkilməsi, becərilməsi mümkündür.
Bir çox hallarda əgər keyfiyyətsiz çaylar varsa, xüsusi ilədə keyfiyyətli çayın yarpaqları daha iri olmalıdır. Dəmləmə zamanı çöküntü olmamalıdır. Rəngi biraz gec çıxır. Eyni zamanda da dadı və qoxusu balanslı şəkildə xoşagələn çay dadında, çay rəngində olmalıdır. Dəmlənmiş çay biraz tünd olur, bulanıqlıq olmamalıdır. Eyni zamanda da həddindən artıq çox tünd görünürsə, bu onun tərkibində boyanın olduğunun göstəricisidir və yaxudda əgər dəmlədikdə çox tez, sürətli şəkildə rəngi çıxırsa buda keyfiyyətli çay olmadığını göstərir. Xırdalanmış daha toz şəkilində olanlarda süni qatqının olması daha çox özünü göstərir. Çayın tərkibində süni ətirləndiricinin olub olmadığını yoxlamaq mütləq lazımdır. Çünki əgər süni dadlandırıcı aromatizatorlar istifadə olunubsa, bu bir çox insanlarda allergiya ilə yanaşı daxili orqanların funksiyasının pozulmasınada gətirib çıxara bilər. Ona görədə mənşəyi bəlli olan yerdən çayın, eləcədə digər qida məhsullarının alınması tövsiyyə olunur”.
- Fidan Abbaszadə






