”Keyfiyyətli qəndi necə tanıyaq?” – maarifləndirmə kampaniyamız Gəncədə

0 Shares

“Keyfiyyətli qəndi necə tanıyaq?” – sualına cavab olaraq apardığımız araşdırmaları bu dəfə rayonlarda maarrifləndirmə kampaniyası edərək davam edirik.

Bildiyimiz kimi insanların gündəlik həyatında istehlak olunan əsas ərzaq məhsullardan biri də şəkər məhsullarıdır. 

Hər gün hər bir insan orqanizminə normalar daxilində keyfiyyətli şəkər qəbulu vacibdir. Bu həm müəyyən qidaların tərkibində və ya keyfiyyətli istehsal olunan qəndlərdən istifadə etməklə ola bilər. Gündəlik qəbul olunan şəkər miqdarı qəbul olunan kalori həcminin 10% -dən az olmasını tövsiyə olunandır. Normadan artıq şəkər istehlakı və keyfiyyətsiz istehsal olunan şəkər məhsulları artıq çəki və diabet kimi bir çox xroniki xəstəliklərin yaranmasına, qaraciyər xəstəliklərinə və s. səbəb olur.

Şəkər və ya qənd kimi qida məhsullarını istehsal edən müəssisələrdə tətbiq olunan hər cür texniki və texnoloji proseslərin tələb olunan standartlara uyğun olması və müvafiq dövlət orqanlarının bu sahələrə nəzarət etməsi ilə yanaşı, sahibkarlar və mağaza rəhbərləri də bu məhsullarla bağlı kifayət qədər maariflənməlidirlər. Çünki qida təhlükəsizliyi hər birimizin işidir.

Araşdırmalarımıza əsasən daxili bazarda satışa çıxarılan qənd məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıları və müştəriləri məlumatlandırdıq. Bundan əvvəl qənd məhsullarını istehsal edən müəssisələrin dövlət standartlarına və lazımi texnoloji qaydalara uyğun istehsal proseslərini araşdıran, ictimai iaşə obyektlərində və pərakəndə sektorda istifadə olunan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı faydalı məlumatları istehlakçılara çatdırıb bu dəfə üzümüzü sahibkarlara və mağaza rəhbərlərinə tutduq. 

Gəncə və Lənkəran rayonlarında fəaliyyət göstərən supermarket, iri mağaza və topdansatış obyektlərini gəzərək müvafiq şəxsləri qənd məhsullarının keyfiyyəti, onların alışı və satışı zamanı nələrə diqqət olunması və keyfiyyətsiz qəndlərin necə müəyyən edilməsi ilə bağlı məlumatlandırdıq və onların bu barədə fikirlərini öyrənmək məqsədilə maraqlı müsahibələr etdik. 

Belə ki, hazırda satışda olan bəzi qənd məhsullarının tərkibində süni ağardıcı və sərtləşdirici maddələrin olması insanların sağlamlığı üçün xüsusi təhlükə törədir. Buna qarşı istehlakçıların və müştərilərin, həmçinin sahibkarların da çox diqqətli olmaları, alqı-satqı zamanı qənd məhsulları barəsində kifayət qədər məlumatlı olmaları çox əhəmiyyətlidir. Bu səbəbdən qənd məhsulları ilə bağlı bundan öncə AQTA tərəfindən aparılan monitorinqlərin nəticələri, tərkibində kimyəvi qatqılardan çox istifadə edilən müəyyən marka və məhsulların dövriyyədən çıxarılması və satışına qadağa qoyulması ilə bağlı sahibkarları və mağaza rəhbərlərini bir daha məlumatlandırdıq. 

Ətraflı linkdə

https://afsa.gov.az/az/xeberler/aqta-qend-mehsullari-ile-bagli-monitorinqlerin-neticelerini-aciqlayib3207

Keyfiyyətli və keyfiyyətsiz, həmçinin tərkibində süni ağardıcıların çox olduğu məhsulu təbii məhsuldan necə fərqləndirməyin qaydasını, qanunvericilikdə nəzərdə tutulan əmtəə markalanma və qida təhlükəsizliyi tələblərini ticarət nümayəndələrinə izah etdik. 

Araşdırmalarımızın və AQTA tərəfindən aparılan monitorinqlərin nəticələrini əsas tutaraq İmişli Şəkər Zavodunda istehsal olunan AzərŞəkər qəndlərini istehlakçılara tövsiyə etdik, əvvəl o zavodda olmuş və ordakı istehsal şəraitini müşahidə etmişik. Sözü gedən zavodda məhsul istehsal edərkən onun tərkibinə hər hansı bir ağardıcı qatqı və ya qoruyucu qatılmır və məhsul tam təbii şəkildə istehsal olunur. Bu səbəbdən AzərŞəkər qəndlərinin həm paketlənmiş, həm də çəki ilə satışda olan məhsulların üzərində “qatqı və ağardıcı yoxdur” mesajı da qeyd olunur, həmçinin məhsulun tərkibi ilə bağlı bütün çeşidlərin üzərində ətraflı məlumat öz əksini tapır.

Milli və etibarlı marka kimi ölkəmizdə kifayət qədər tanınan və sevilən AzərŞəkər markası təmsil etdiyi bütün məhsulların, xüsusilə də qənd məhsullarının tərkibində hər hansı kimyəvi qatqı və ağardıcının olmaması ilə daim istehlakçıların qayğısına qalması sevindirici haldır. 

Bu nüansı sahibkar və mağaza rəhbərləri da nəzərə alaraq insanlara daim sağlam və keyfiyyətli qənd məhsullarının satışını həyata keçirməklə onlara daha etibarlı xidmət edə bilərlər. 

  • Hüseynli Nərgiz