İdmanın faydaları

idman
0 Shares

İdman sağlamlıq üçün çox faydalıdır, çünki idman edərkən insanın bütün bədən üzvləri işləyir. Müasir dövrümüzdə insanlar az hərəkətdə olurlar. Nəticədə orqanizm lazım olan yükü almır və hərəkətsizlikdən bədənə piy qatı yığılmağa başlayır. Bunun çarəsi idmanla müntəzəm məşğul olmaqdır.
İdman uşaqlar üçün də çox vacibdir. O, uşağın inkişafına kömək edir. Əgər uşaq fiziki cəhətdən zəifdirsə, tez yorulur və xəstələnirsə, idman onun bədənini möhkəmlədəcək, immunitetini artıracaq. Dərs oxumaq asanlaşacaq.
Əziz dostlar, bilin ki, kim hər gün idman eləsə, möhkəm bədənə və gözəl qamətə sahib olacaq. Amma hər şey həddində yaxşıdır. Bu, eləcə də idmana aiddir. İdman edərkən, yaxud yarışarkən gərək özünü çox yormayasan. Əgər idmanla düzgün məşğul olmasan, sağlamlığına ziyan dəyə bilər.
Ona görə də idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, biz idmandan həzz almalıyıq, ondan rəqabət vasitəsi kimi istifadə etməməliyik.