İçilən çay, kofe orqanizmdə maye balansını təmin etmir- Dietoloq

Çay
0 Shares

“Yay mövsümündə havaların temperaturu yüksək olduğuna görə insanlara da təsiri olur. Eyni zamanda insan orqanizmində maddələr mübadiləsinin sürəti yavaşlayır. Qəbul etdiyimiz qidalar çox çətinliklə həzm olunur. Artıq qəbul edilən qidalar isə həzm sisteminə, daxili olqanlarımızın funksiyasına zərər vurur. Ona görə də yayda seçdiyimiz qidalara xüsusilə diqqət yetirməliyik. Qida seçərkən onların daha tez həzm olunmasına fikir verməliyik. Çalışmalıyıq ki, mənşəyi bəlli olan, yüngül qidalar olsun”.

Bu fikirləri AzNews.az-a açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, asan hazırlanan, uzun müddət bişmə prosesində istiliyə məruz qalmayan və istehlak ediləcək qədər bişirilən qidalar olmalıdır.

“Xüsusilə də ürək, qan-damar, şəkərli diabet və xroniki xəstəliklərindən əziyyət çəkən insanlar yüksək temperaturlu havada daha diqqətli olmalıdırlar. Çünki hər hansı həzmsizlik problemlər həmin insanlarda daha ağır problemlər yarada bilər. Birinci növbədə insanlar daha tez tərlədiyinə görə və temperatur daha yüksək olduğuna görə gün ərzində orqanizmə maye qəbulunu təmin etməliyik. Bu da əsasən su, ayran və bəzi bitki çaylarını qəbulu daha yaxşı olar”.

Mütəxəssis onu da vurğulayıb ki, gün ərzində içilən çay kofe orqanizmdə maye balansını təmin etmir.

“Bitki çaylarından, təbii nanə, kəklikotu çayından və limondan daha çox istifadə etmək daha məqsədəuyğundur. Bu bitkilərin orqanizmə faydası çoxdur. Amma elə bitki çayları var ki, onların orqanizmə yan təsirləri də olur. Bunu da diqqətə almalıyıq”.