“Göbələk rütubət olan yerdə saxlanılmamalıdır” – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova

Məhsəti Hüseynova
0 Shares

“Mövsüm yaxınlaşdıqca insanlarda daha çox göbələk yığmaq həvəsi yaranır. Hətta bəzən şəhərdən kənarda gəzintilərə çıxdıqda belə göbələkləri yığmağa çalışırlar. Amma nəzərə almaq lazımdır ki, sadəcə Azərbaycanda göbələyin təxminən 40 minə yaxın növü var. Bunların isə bəziləri zəhərli göbələklərdir”.

“Göbələk rütubət olan yerdə saxlanılmamalıdır” – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova
Onun sözlərinə görə, zəhərsiz olan göbələk çeşidi demək olar ki, çox azdır: “Bunu isə təbii ki, hər kəs peşəkar şəkildə tanıyıb, seçə bilməz. Belə olan halda da artıq zəhərli göbələklərdən istifadə edərək, zəhərlənə bilər, hətta bu proses ölümə belə apara bilər.

Göbələyi nəinki hardansa toplamaq, aldıqda belə diqqət etmək lazımdır. Çünki göbələk düzgün şəkildə saxlanılmadıqda belə insan orqanizmində zəhərlənməyə səbəb ola bilər. Nisbətən zəhərsiz və insanlara daha az zərər verə biləcək göbələklər içərisində Şampinyondur ki, tanıyırsızsa bunu özünüz yığıb, istifadə edə bilərsiz. Əks halda risk daşıyır. Göbələk alarkən də digər qidalarla açıq şəkildə yan-yana qoyulmuş olmamasına diqqət etmək lazımdır. Eyni zamanda da rütubət olan yerdə də saxlanılmamalıdır və mütləq şəkildə kağız paketdə olmalıdır. Kağız paketlər içərisində olan göbələyi 5-6 gün sağlam şəkildə saxlaya bilərik”.