“Gəncliyin Gücü” layihəsinin üçüncü tədris günü

0 Shares

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Gəncliyin Gücü” layihəsinin üçüncü tədris günü Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyi ilə 16.08.2024-cü il tarixində keçirilmişdir. Təlim məzmunları bunlardır : ⁠• Şəxsi inkişaf haqqında ümumi məlumat • İş bacarığı və karyera inkişafı • Kommunikasiya və ictimai bacarıqlar • Vaxt idarəetməsi və planlaşdırma • Liderlik keyfiyyətləri • Özünə inam və özünü qiymətləndirmə • Hədəflərin düzgün təyini • Məğlubiyyətin əsas səbəbləri Təlim ilk olaraq, layihə rəhbəri Qumru xanım Ağazadənin çıxışı ilə açıq elan edilmişdir. O, Gənclər fondu və layihə məzmunu ilə bağlı ətraflı məlumat vermişdir. İştirakçılar təlimçi Vüsalə xanım Əmiraslanovanın çıxışında qeyd olunan məzmunlarla bağlı ümumi məlumatları əldə etmiş, həmçinin onlarda maraq oyadan oyunlarda, müzakirələrdə iştirak etmişdirlər. Əlavə olaraq, çay fasiləsi zamanı iştirakçılar öz xoş təəssürratlarını da paylaşmışlar.

#AzGF #GenclerFondu