“Fast-food” qidalar orqanizmə necə təsir edir? – Ekspert AÇIQLADI

0 Shares

Hazırkı dövrdə insan sağlamlığına mənfi təsir göstərən amillərdən biri də “fast food”, yəni ayaqüstü qidalardır. Bu cür qidalanma ölkəmizdə də geniş yayılıb. Ət məhsullarından hazırlanan ayaqüstü yeməklər orqanizmdə müxtəlif fəsadlar törədir.

Fast-food qidalar

Bunu Trend-ə qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, dönərdən zəhərlənmə, əsasən ətdən, məhsulların düzgün saxlanılmadığından, bişirilən zaman qaydalara doğru riayət edilməməsindən ola bilər.

“Yaxşı olar ki, 25 yaşa qədər insanlar “fast-food” adlandırdığımız qidalardan uzaq dursunlar. Çünki həmin dövrdə orqanizm inkişaf prosesində olduğu üçün bunun zərəri daha çox ola bilər. Bu kimi qidalarla qidalanan gənclər gələcəkdə mədə xorasından, qastritdən və başqa xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda, dönərin əti düzgün temperaturda bişirilməyibsə, insan bir çox heyvan mənşəli mikroblarla yoluxa bilər. Həmçinin, dönərçi əti hazırlayan zaman maskadan, əlcəkdən mütləq şəkildə istifadə etməlidir. Sağlamlığımızı düşünərək, mənşəyi bilinməyən ətdən hazırlanan dönərlərdən istifadə etməməyi tövsiyə edirəm”, – deyə M.Hüseynova əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında, “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib. Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.