Emal olunmuş qidaları kimyəvi toksinlərə çevirdik

emal olunmuş qida
0 Shares

Hazır emal olunmuş məhsullarda 3 mindən çox qatqı maddəsi sağlamlığa bir zərəri yox deyə istifadə edilir, fəqət hər keçən gün bunların sağlamlığa zərərli olduğu ortaya çıxır. Natrium nitrat və natrium nitrit (E250), xüsusilə hazır və emal edilmiş ət məhsullarında istifadə edilir. Bu məhsullara nitrit qatılmazsa, bir müddət sonra boz rəng alırlar.

Natrium nitrit ətin təbii rəngini qoruyur. Məsələn üzərində natrium nitrat olan ətdə qızartma əsnasında son dərəcə güclü kanserogen maddə olan nitrozaminlər əmələ gəlir. Nitritlər də mədə xərçəngini hərəkətə gətirən səbəblərdən biridir. Amerikada emal olunmuş ət məhsulları inhisarlarının dirənməsi nəticəsində bu maddə ABŞ-da qadağan edilmədi. Sosiska, kolbasa, sucuq, hazır küftə və hamburqer kimi hər hansı bir emal olunmuş ət məhsulunun çoxunda natrium nitrat var. 2013-cü ildə Ingilis Qida Standartları Inistitutu qida rəngləndiricilərindən bir çoxunun (E102, E104, E110, E122, E124, E29, vs.) təhlükəli olduğunu açıqladı. Xüsusilə E110 və E102-nin uşaqlarda davranış pozuntusu ilə yanaşı zəka inkişafının da qarşısını ala biləcəyi bildirildi.
Qida maddələrində, dərmanlarda rəng və qatılıq qoruyucu, pozulmanın qarşısını almaq üçün istifadə edilən qatqı maddəsi natrium sulfid (E221) də öyrənmə və hafizə pozuntularına səbəb olur.
Üzüm, ərik, əncir, tut kimi qurudulmuş meyvə, hər cür biskvit, kolbasa, sucuq, qurudulmuş ət və balıq məhsullarında qatqı maddəsi olaraq istifadə edilir. Qısa olaraq marketlərdə paketlənmiş olaraq satılan, emal olunmuş ətlərdən sağlamlığı qorumaq üçün uzaq durmaq lazımdır. Emal olunmuş qidalardan uzaq duraq, bəs meyvə və tərəvəzləri nə edəcəyik? Bunlar üzərindəki təhlükələrdən necə qorunacağıq?
Başda gənclər olmaqla hər kəs asan və yüksək miqdarda qazlı içki içir. Siqaret paketlərində olduğu kimi bunların üzərində də xüsusilə uşaqlar və insan sağlamlığı üçün təhlükəlidir yazılmalıdır. Bunların zərərləri saymaqla bitməz. Qazlı içkilərdə natrium benzoat maddəsi var. Bu maddə, bu tip içkilərin tərkibində şəkər olduğu üçün içkinin fermentə olmasını gecikdirir, ya da qarşısını alır. Hazır qida sektorunda qoruyucu antimikrob maddə olaraq istifadə edilir və məhsulun rəf ömrünü uzadan kimyəvi bir duzdur.
Bu maddə olduqca zərərlidır. İnsan orqanizmində kaliumu azaldır, eqzamaya, astma və qurdeşənə səbəb ola bilir. Xərçəngi hərəkətə gətirir. Bütün bu qidalara qatılan kimyəvilərin miqdarlarının sizə zərərsiz limitlərdə olduğu söylənəcəkdir, fəqət bu gün istehlak etdiyimiz qidalarda o qədər çox pestisid qalıntısı və qatqı maddəsi var ki, bunlar birləşdikdə insan sağlamlığını ciddi şəkildə təhdid edən bir silaha çevrilir. Bunu heç kim araşdırmır və hesabını da heç kim vermir.
Qazlı içkilərin tərkibində uzun müddətdə böyrək daşına və digər böyrək narahatlıqlarına səbəb ola bilən yüksək miqdarda fosfor turşusu və fosfat var. Bu maddə fosfor turşusu ilə birlikdə uzun müddətdə osteoporoz riskini yüksəldir və sümük qırılmalarına səbəb olur. Fosfor idrarla çölə atıldığı zaman sümükləri bərpa edən və bədən üçün lazımlı kalsium maddəsini də özü ilə birlikdə aparır. Qazlı içki qutuları tərkibində bol miqdarda BPA maddəsi olan bir çeşit qatranla örtülüb. Həmçinin bu maddə plastik şüşələrdə və əmzik şüşələrində çox olan, daxili ifrazat vəzlərinə zərər verən, xərçəng əmələ gətirən bir zəhər və kimyəvidir. Erkən həddi-büluğ olmağa və reproduktiv sağlamlığa mənfi təsir edir. Qazlı içkilərdə olan yüksək miqdardakı şəkər, obezitə olma (piylənmə) riskini, şəkər xəstəliyini (xüsusilə Tip 2 Diabet), bu səbəblə ürək və damar xəstəliklərini hərəkətə gətirir.
Qidalara qatılan qoruyucu maddələr, qida boyaları, sıfır kalorili diet içkilərə və qidalara qatılan təhlükəli zəhər aspartam, emal olunmuş qidalarda istifadə edilən ləzzət artırıcı MSG, emal olunmuş qidalardakı həddindən artıq duz, süni şəkər (fruktoza siropu), varlığını və zərərlərini bilmədən istehlak etdiyimiz saysız kimyəvi həyatımızı zəhərləyir, içimizdə partlamağa hazır bombalar olaraq yığılır və yeri gəldikdə də partlayır. Artıq tez-tez görülən və sürətlə artan xərçəng, ürək və damar narahatlıqları, astma, allergiya, nəfəs darlığı, obezitə (piylənmə), şəkər xəstəliyi və s. kimi saysız xəstəliyin əsas səbəbi istehlak etdiyimiz sağlam olmayan qidalardır.