Donuz ətinin orqanizmə mənfi təsirləri nələrdir? – DİQQƏT! 

Asim Vəliyev
0 Shares

“Əhliləşdirilmiş donuzlardan əldə edilən ət donuz ətidir. Ölkə üzrə etiqad baxımından İslam dini ağırlıq təşkil etsə də, donuz əti satışına və qidaların tərkibində donuz ətinə rast gəlirik”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, donuz əti əsasən bişirilərək istehlak edilən ətdir. Ancaq başqa ölkələrdə və mədəniyyətlərdə az bişirilmiş, ya da bişirilmədən yeyildiyi bilinir. Həmçinin kolbasa, sosiska istehsalında da donuz əti geniş şəkildə istifadə olunur. Donuz ətinin zərərləri istehlak edilən digər ət növlərinə görə daha çox təhlükəlidir. Donuz xəstəliyi yəni elmi adı ilə skrofuloz xəstəliyi olan bu xəstəlik donuz ətində, ya da donuz yağında olan sutoksin adlı maddəyə görə meydana gəlir. Bu maddə orqanizmə donuz əti ilə girir və orqanizm bu maddəni xaric etmək üçün limfa vəzlərini işlədir. Limfa vəzləri də həddən artıq gücə düşürsə, limfa düyünləri şişərək bu xəstəliyə səbəb olur. Donuz ətində olan çox miqdarda kükürd oynaqlara yığılaraq oynaqların iltihablanmasına səbəb olur. Bu halda bəzi insanlarda kirəçlənmə, ya da bel yırtığı kimi xəstəliklərə səbəb ola bilir. Donuz ətində olan imidazol adlı maddə də dəridə qaşıntılara səbəb olan maddədir. Donuz ətinin zərərləri arasında olan bu hal ekzema kimi iltihablı dəri xəstəliklərinə səbəb ola bilir. Donuz əti yeyənlərdə qaraciyər xərçəngi və sirroz xəstəliyinə yaxalanma riski digər insanlara nisbətən daha çox müşahidə olunur”.

Arzu Qurbanlı