DİQQƏT! Hamilə və süd verən qadınlar bu qidalardan uzaq durmalıdır – MÜTƏXƏSSİS Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

“Hamilə və süd verən qadınlar risk qrupunda olan insanlar sırasına aiddirlər. Buna görə onlar qəbul etdikləri bütün qidalara diqqət etməlidirlər. Xüsusilə sağlam qidalanmağa, daha az sənaye məhsuluna, rəf ömrü uzun olmayan qidalardan istifadə edilməlidir. Eyni zamanda qidanın miqdarını keçməmək şərti ilə qəbul olunmalıdır ki, artıq kalori alaraq artıq çəkiyə və piylənməyə səbəb olmasın”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, fast-food qidalardan uzaq durmaq lazımdır, çünki onlar sırf mənşəyi bəlli olmayan, zərərli qidalardır: “Həmçinin meyvə şirəsi adı altında satılan qazlı, rəngli içkilər də tamamilə orqanizm üçün zərərli hesab edilir. Onların tərkibindəki qatqı maddələri həm ananın, həm də körpənin inkişafını ləngidir, orqanizmin pozulmasında rol oynayır. Bitki çayları da hamilə və süd verən xanımlar üçün təhlükəlidir. Çünki həmin çayların əks təsirləri olur. Təbii ki, spirtli içkilərdən də qəti şəkildə uzaq durmaq lazımdır. Qeyd olunan dövr ərzində az bişmiş ətlər də ana və uşağın inkişafı baxımından zərərli hesab olunur”.

  • Hüseynli Nərgiz