0 Shares

D vitamini orqanizmin sağlamlığı üçün olduqca əhəmiyyətlidir.
D vitamini orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimlənməyir, immun sistemini gücləndirir və xüsusilə qadınlarda tiroid funksiyalarını normallaşdırır, orqanizmin gümrah, enerjili olmasına xidmət edir.

D vitamini çatışmayan insanlarda saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsidir, arıqlamaq istədikdə çəki verə bilməmək kimi hallar müşahidə olunur. 

Yaşlılar , tünd və bozumtul rəngli dəri tipinə sahib olanlar, obez, yəni artıq çəkili insanlar, kifayət qədər günəş şüası qəbul etməyənlər, sümük əriməsi olan insanlar, travma olmadan sınıqlar olan insanlar, xronik böyrək çatışmazlığı olanlar, xronik qaraciyər xəstəliyi olanlar, şəkərliDiabet xəstələri, insulin dirənci olanlar, qalxanabənzər vəzin autoimmun xəstəlikləri olanlar, tez-tez səbəbsiz yorğun, əzgin hiss edənlər, depressiyaya meylli insanlar qanda vitamin D-ni mütəmadi olaraq yoxlayaraq tənzimləməlidirlər. Çünki onlar yüksək risk qrupu sayılan insanlardır.

D vitamini çatışmazlığını qarşısını almaq üçün mütəmadi olaraq D vitaminiylə zəngin qidalar yemək, lazımi miqdarlarda günəş qəbul etməli və kəskin çatışmazlıq halında D vitamini əlavələrindən istifadə etmək lazımdır.

Təbii qidalar arasında yağlı balıqlar qızıl və yasomon balığı, konservləşdirilmiş balıq, yumurta sarısı, ciyər, süd məhsulları, pendir, xama, qaymaq, yoğurt, kefir, göbələk, kartof, çərəzlər və. Bu kimi qidalarda D vitamini zəngindir.

D vitamini orqanizm tərəfindən günəş işığına məruz qalındığında təbii olaraq istehsal olunur. Lakin bu zaman heç bir qoruyucu kremlərdən istifadə etmək olmaz. Eyni zamanda dirsək və dizlər mümkün qədər açıq olmalıdır.

D vitamini osteoporoz, sümük ağrısı, raxitizm və osteomalasiya kimi halların müalicəsində və qarşısının alınmasında da istifadə olunur. D vitamini çatışmazlığının müalicəsində adətən bir neçə növündən istifadə olunur.

D vitamini əlavələri adətən həbb və ya kapsul formasında olur və yeməklə birlikdə günün birinci yarısında səhər qəbul edilir. D vitamini qan analizindən sonra müəyyən olunaraq mütləq həkim və ya bir sağlamlıq mütəxəssisinin məsləhətilə qəbul edilməlidir.

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində hazırlanıb.

  • Hüseynli Nərgiz