Asim Vəliyev – “Çörəyə donuz və insan tükündən əldə edilən maddə qatılır ?”

0 Shares

Qida üzrə ekspert “Yeni Müsavat”a deyib ki, həmin maddənin adı sisteindir: “Sistein adlı qatqı maddəsi hazırda qida, dərman və kosmetika sənayesində istifadə olunan maddədir. Bu qatqı maddəsi əldə olunma mənşəyinə görə heyvan və insan mənşəlidir. Un emalında istifadə edilir. Heyvan tükü (əsasən donuz tükündən istifadə edilir), toyuq tükü, insan saçından (əsasən Çindən idxal olunur) əldə edilir. Un və un məmulatlarının hazırlanmasında stabilizator kimi istifadə edilir. Xüsusilə dönər çörəklərində və dilimlənmiş çörəklərdə geniş istifadə edilir. Həmçinin qida sənayesində xəmiri yumşaltmaq, elastiklik qazandırmaq, boyatlamanı gecikdirmək üçün istifadə olunur”.

Onun sözlərinə görə, sitein maddəsinin böyrək daşının əmələ gəlmə riskini gücləndirdiyinə dair məlumatlar var: “Bu qatqı maddəsi nadir hallarda qida qablaşdırmasının üzərində yazılır. Ancaq qatqı maddəsi olaraq L-Sistein kodu E 910, E 920 və E 921 olaraq qeyd olunur”.

Ekspertə görə, donuz tükündən alınan bu maddənin un və un məmulatlarının istehsalında xəbərdarlıq edilmədən istifadəsi dini inanc baxımından doğru deyil: “İslam insan bədəninin hər hansı hissəsinin qida olaraq istifadə olunmasına icazə vermir. Digər əldə olunan qaynaqlardan toyuq və ya ördəyin də halal kəsilməsi lazımdır ki, onun tükü də halal olsun. Çin insan saçından və donuz tükündən hidroliz yolu ilə sistein əldə edən ən böyük istehsalçıdır. Daha sonrakı yerləri Yaponiya və Almaniya tutur”.