Tam buğda unundan hazırlanan çörəyin insan orqazminə bir çox faydaları var. Xüsusilə orqanizmin formalaşmağa başladığı ilk dövrdən 8 yaşa qədər çörəkdən istifadə olunubsa, o zaman çörəyi qida rasionundan çıxarmaq yolverilməzdir.
Bunu Modern.az-a açıqlamasında sağlam qida mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, çörəyin tərkibində olan “B” qrup vitaminlər və bir çox elementlər insanın orqanizminə faydalıdır və orqanizim bu vitaminləri genetik olaraq həmin qidadan almağı kodlaşır.
“Belə olduğu halda çörək qida rasionunda qəbul olunmalıdır. Mütləq şəkildə çörəyi alarkən diqqət etmək lazımdır ki, mənşəyi olan yerdən və kefiyyətli undan hazırlansın. Əksər hallarda bu gün sənaye üsulu ilə hazırlanan çörəklərdə kimyəvi tərkibdə olan mayadan istifadə olunur. Bu həzm prosesinin korlanmasına və eyni zamanda da bir çox insanlarda bağırsaq hərəkətliliyini aşağı düşməsinə səbəb olur. Nəticədə insan orqanizmində maddələr mübadiləsi pozulur və qəbzlik, qarında şişlik, ağrı baş verir. Ev üsulu maya ilə hazırlanmış çörəklərdən istifadə etmək daha sağlam hesab olunur. Çörək bişərkən şəkərdən, bəzən “proktoza”dan istifadə olunur. Bu da insan orqanizmində asılılığa gətirib çıxarır və nəticədə bir çox insanlar çörəksiz qida qəbul edə bilmir. Çörəyin qəbul edilmə miqdarı var ki, səhər yeməklərində 1-2 dilim şəklində qəbul olunmalıdır və axşam yeməklərində isə o qədər də tövsiyə olunan məqam deyil”.
Məhsəti Hüseynova qeyd edir ki, dietada olan insanlar qara çörəyə üstünlük verir:
“Əgər hər ikisi təbii, kefiyyətli şəkildə hazırlanıbsa, onların kalori miqdarında çox az fərq var. Ağ çörəyin kalori miqdarını azaltmaq üçün qızardılıb nəmliyi alınmalıdır. Bu halda ağ çörək və qara çörək arasındakı fərq minimuma düşür. Müasir dünyada insanların bəzilərinin qarşılaşdığı problemlərdən biri də qlüten həssaslığıdır. Bu insanlarda bəzilərində allergik reaksiyalar kimi aşağı və yuxarı ətraflarda dəri altı ağ səpkilər özünün göstərsə də, bəzi insanlarda isə daha ağır nəticələrə yol açır. Bu da çölyak xəstəliyi və mədədə narahatlığa qədər gətirib çıxarır. Mütləq şəkildə qlüten həssaslığı olan insanlar bir mənalı şəkildə tərkibində qlüten olan qidalardan uzaq durmaları məsləhət görülür”.
Onun sözlərinə əsasən, çörək karbohidrat tərkibli olduğu üçün birgə qəbul olunan qidaların tərkibində zülal, yağlar olmalıdır:
“Çörəklə digər dəyəri yüksək olan qidaların qəbul olunması yolverilməzdir. Bu cür qidaların həzmi çətinləşdiyi üçün insan orqanizmində ağrılara və narahatlığa səbəb olur. Bəzən insanlar az miqdarda belə qidalanarlarsa, köpmə və tez çəki almağa yol açır. Düzgün miqdarda qəbul olunan çörək insan orqanizmində yalnız enerji verməyə xidmət edir. Bu da 1-2 dilim şəklində günün birinci yarısında səhər yeməyində qəbul olunan çörəkdir. Əgər çörək sənaye üsulu hazırlanıbsa, bunun düzgün şəkildə qablaşması, bişirilmə tarixi, tərkibi haqqında tam məlumat verilməlidir. Bəzən olur ki, çörək kağızının üzərində 48 saat və ya 72 saat göstərilsə də, bunu son istifadə müddəti bitdikdən sonra da istifadə edirlər ki, bu yolverilməzdir. Gözlə görülməsə də, rəngi, qoxusu dəyişməsə də, tərkibində müəyyən dəyişikliklər olur. Həmin dəyişikliklər həzm sisteminin pozulmasına gətirib çıxarır. Çörəklərin uzun müddət qalması üçün istifadə olunan kimyəvi dərmanlar var ki, bunlar insan orqanizmində müəyyən fəsatlara gətirib çıxarır. Bu da birbaşa olaraq, həmin maddələrin insan orqanizmindən tamam sorvulmaması nəticəsində qaraciyər və böyrək çatışmazlığına gətirib çıxarır. Digər məqam isə polietilen paketlərdə uzun müddət saxanılmamalıdır. Çörəkləri daha çox kağız, parça torbalar və ya çörək üçün nəzərəd tutulmuş taxta qablarda saxlanılması daha sağlam hesab olunur”.
- Hüseynli Nərgiz