Çayı gün ərzində bu qaydada içmək tövsiyyə olunur – BİLMƏNİZ VACİBDİR – MÜTƏXƏSSİS Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

“Azərbaycan cəmiyyətində genetik olaraq çaydan çox istifadə etdiyimizə görə, çayın tərkibindəki kofein və antioksidantın bir çox faydaları var. Xüsusilə kofein qısa zamanda yorğunluğu aradan qaldırır, enerjinin daha yüksək olmasına səbəb olur. Günün birinci yarısında istifadə olunduqda daha gümrah olmağa kömək edir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, gün ərzində 3-4, bəzən də 6 stəkana qədər çay qəbul etmək olar: “Yaxşı olar ki, çay içərkən təzə dəmlənmiş çaydan istifadə olunsun. Belə ki, 10-15 dəqiqə ərzində dəm almış çayı 40 dəqiqə ərzində istifadə etmək olar.

Bir saatdan artıq qalan çayları istifadə etmək tövsiyyə olunmur. Çünki çayın tərkibində bir çox proseslər gedir, bu da həzm prosesinin pozulmasına səbəb olur. Həmçinin çayın təkibindəki boya maddələri diş minalarına xələl yetirir. Çaya əlavə dadlandırıcı olaraq kəklikotu, mixək və nanədən istifadə etmək olar. Bunlar neytraldır, hər hansı allergik reaksiyaya səbəb olmur. Müalicə məqsədli istifadə olunan bitki mənşəli çaylar isə 3-7 gün ərzində qəbul olunmalıdır”.

  • Hüseynli Nərgiz