Bu zaman istehlakçının da üzərinə məsuliyyət düşür” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI

0 Shares

İstehlakçılar qida məhsulları alarkən istehlakçı hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini bilməlidirlər. Hər hansı qida məhsulu alarkən istehlakçıların üzərinə düşən vəzifə məhsulun mənşəyinə diqqət etmələridir. Mütləq şəkildə mənşəyi bəlli olan yerdən qida məhsulu alınmalıdır. Eyni zamanda aldıqları məhsulun üzərində istehlakçı məlumatlarının tam olaraq qeyd olunmasına diqqət göstərməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, məhsulun üzərində qeyd olunan saxlanma şərtlərinə düzgün əməl olunmalıdır: “Əgər istehlakçı aldığı məhsulun saxlanma şərtlərini bildiyi halda, günəş şüaları altında satılan məhsulları alırsa bu zaman istehlakçının da üzərinə məsuliyyət düşür. Digər hallarda əgər məhsul qüsurludursa 14 gün ərzində alınan müəssisədə dəyişdirilə və ya qaytarıla bilər.

Eyni zamanda keyfiyyətsiz qida məhsulu satıldığı halda satıcaya bildirilməlidir. Bu da qanunvericilikdə öz əksini tapıb. Məsuldan zəhərlənmə halları baş verdikdə də AQTA-nın çağrı mərkəzinə məlumat vermək olar”.

  • Hüseynli Nərgiz